OMİD Mağazalar şəbəkəsi satış məsləhətçisi axtarır

Satıcı


İşəgötürən: OMİD Mağazalar şəbəkəsi

Vakansiya: Satış məsləhətçisi

Son tarix: 19 iyun 2022

Namizədə tələblər:

-Cinsi: Xanım

-Təcrübə: 1-2 il (müvafiq sahə üzrə)

-Dil bilikləri: Azərbaycan dili-Səlis

-Təhsil: Orta və ya texniki təhsil

-Elementar riyazi hesablamalar

-Satış haqqında ümumi anlayış

-İşgüzar ünsiyyət və davranış etiketi qaydalarını bilməlidir

İş qrafiki:

-09:00-dan 18:00-dək

-Həftə içi 6 gün

-1 gün istirahət

-Əməkhaqqı: 400-600+Bonus

-Nahar şirkət tərəfindən verilir

-AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə

İş haqqında məlumat:

-Şöbənin fasiləsiz satış işini təmin etməlidir;

-Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır

-Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirməlidir

-Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır

-Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir;

-Ona təhkim olunan şöbələrdə satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;

-Satış apararkən daim düzülüşü yeniləməli, vitrin boşluqlarını aradan qaldırmalıdır;

-Anbardan malları qəbul edərkən onların tamlığına ,qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir;

-İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır.

Qeyd : Yeni vakansiyamız (Buzovna,, Mərdəkan, Şağan, Şüvəlan, Binə) ərazilərində yaşayan və yaxın olan namizədlər müraciət edə bilər.

Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli “CV”lərini mövzu yerində “Satış məsləhətçisi” yazaraq göndərmələri və ya N.Nərimanov rayonu, Ə.Rəcəbli 184 ünvanında yerləşən baş ofisə gəlmələri xahiş olunur.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]