Mağazalar şəbəkəsinə kondisioner ustası tələb olunur
İşəgötürən: Kontakt Home
Vakansiya: Usta (Kondisioner)
Son tarix 10 iyun 2022
Vəzifə öhdəlikləri:
-Bütün növ kondisionerlərin yüksək səviyyədə diaqnostika və təmirinin həyata keçirilməsi;
-Kondisionerlərin yoxlanılması, yuyulması, tələb olunduğu təqdirdə qaynaq alətlərindən istifadə edərək avadanlığın sistemini zəruri maye, hava və ya sıxılmış hava (freon, azot) ilə doldurulması və yoxlama prosesinin həyata keçirilməsi;
-İş mühitinin daim təmiz və səliqəli saxlanılması, üst geyimi və xarici görünüşünün səliqəli olmasına nəzarət edilməsi;
-Birbaşa rəhbərin və servis rəhbərliyinin işlə bağlı tapşırıqlarının operativ şəkildə icra edilməsi;
-Şirkətdaxili qaydalara, təlimat ve prosedurlara riayyət edilməsi.
Tələblər:
-Kondisioner təmiri üzrə minimum 3 il iş təcrübəsi , servis mərkəzində təcrübə arzu olunandır;
-Kondisioner avadanlığı haqqında biliklər,
-Komponent təmir barədə minimal anlayış;
-Ölçü alətləri və test cihazlarınından professional səviyyədə istifadə bacarığı;
-Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
-Texniki təhsil arzuolunandır;
İş şəraiti:
-İş günləri: I-VI günlər;
Qeyd olunan tələblərə uyğun namizədlər bura daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Qeyd: Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 ay, 1 həftə, 3 gün, 19 saat, 23 dəq
- 3 ay, 1 həftə, 3 gün, 21 saat, 16 dəq
- 6 ay, 2 həftə, 1 gün, 16 saat, 1 dəq
-
6 ay, 3 həftə, 6 gün, 11 saat, 32 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 19 saat, 30 dəq