18-55 yaş arası resepşn tələb olunur

Resepşn


İşəgötürən: “NantAZ Baku”

Vakansiya: Resepşn

Maaş: 600-700 AZN

-Şəhər- Bakı

-Yaş- 18 – 55 yaş

-Təhsil-Orta

-İş təcrübəsi- 1 ildən 3 ilə qədər

-Elanın tarixi- Aprel 25, 2022

-Bitmə tarixi- May 25, 2022

-Əlaqədar şəxs- Azər Hüseynov

-Telefon

(012) 598-01-47
(055) 236-06-35

-E-mail- [email protected]

İş barədə məlumat

BKT – ” NantAZ” şirkətinin resepşn xanım tələb olunur.
– Əmək haqqı:640AZN
– İş qrafiki:09:00-dan 17:00-dək
(Şənbə,bazar istirahət)
– AR qanunvericiliyinə əsasən sənədləşmə
– İl ərzində 21 gün məzuniyyət
– Nahar yeməyi qarşılanır
– Nəqliyyat (servis) qarşılanır
– Tibbi sığorta şirkət tərəfindən təmin olunur

Vəzifə öhdəlikləri tam olaraq :
– Göndəriş fakturalarının nömrələnməsi,
– Günlük yoxlanılan barkod kodlarının
planşetlərdən fakturalara yazılması,
– Ümumi etiket,seriya,say və barkod
kodlarının yoxlanılması,hesablanması
və yazılması,

Ətraflı məlumat almaq cv göndərmək və digər qaranlıq qalan məqamlarla bağlı qeyd edilən nömrəyə yaza bilərsiniz.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Resepşn” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Ünvan:Xəzər rayonu,Airport / Terminal 2 / Sektor C64

Namizədə tələblər

– Yaş 18-55
– Təhsil orta mütləqdir
– Ali təhsil arzu olunandır
– Əl yazı pozu bacarığı mütləqdir
– Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı mütləqdir
– Məsuliyyətli, dəqiq və çalışqan xüsusiyyətlərə sahib olmalı
– Punktual,kollektivə adaptasiya olmağı bacaran

NANT Distribusiya Şirkəti

“NANT” MMC 2002-ci ildə təsis olunmuşdur. Şirkətimizin əsas profili ərzaq məhsullarının Azərbaycana idxalı və distribusiyasıdır. “NANT” MMC Rusiyanın, İndoneziyanın, Cənubi Koreyanın, Yunanıstanın, Ukraynanın aparıcı istehsal şirkətlərinin rəsmi distribyutorudur. Şirkətin mərkəzi ofisi və anbarı Bakı şəhərində yerləşir. Bundan əlavə regionlarda 6 filialımız və Naxçıvanda bir sub distribyutorumuz mövcuddur. Filiallarımız bunlardır: Bakı, Gəncə, Lənkəran, Quba, Mingəçevir, və Sabirabad. Hər bir filialın öz anbarı və məhsulların satış nöqtələrinə vaxtında çatdırılması üçün öz avtoparkı mövcuddur. Məqsədimiz idxal etdiyimiz məhsulları Azərbaycanın bütün bölgələrində yerləşən hər bir satış nöqtəsinə çatdırmaqdır. Bunun üçün güclü satış komandamız mövcuddur. Anbarlarımız, portfelimizdə olan bütün növ məhsulların saxlama şəraitini tam şəkildə təmin edir. Şirkətimiz müasir iş üslubuna uyğun insan və texniki resurslara malikdir. Satışın təşkili zamanı ən son İT texnologiyalarından istifadə edilir. Hal hazırda şirkətimizdə 400-dən çox əməkdaşımız çalışır. Bizim şirkət hər bir biznes təklifini müzakirə etməyə hazırdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]