Ziraat Bank Azərbaycan əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis axtarır
İşəgötürən: Ziraat Bank Azərbaycan
Vakansiya: Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix: 01 sentyabr 2022
Vəzifəyə olan tələblər:
-Müvafiq istiqamətdə maliyyə, iqtisadiyyat, tətbiqi riyaziyyat və digər analitik ixtisaslar üzrə ali təhsil;
-Yüksək səviyyədə MS Excel SQL bilikləri;
-Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;
-Türk və ingilis dili bilikləri arzuolunandır;
-Bank sahəsində ən azı 2 illik iş təcrübəsi;
-Beynəlxalq sertifikatlar arzuolunandır.
Əsas vəzifələr:
-Risklərin idarə edilməsi üzrə Bankın daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak;
-Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
-Bankın baş ofisi və filiallarında həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və təkliflərin verilməsində iştirak;
-Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində iştirak;
-Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılmasının təmin edilməsi;
-Yeni məhsul və xidmətlərin risk qiymətləndirilməsində iştirak;
-Stress-testlərin həyata keçirilməsi;
-Risk limitlərinin müəyyənləşdirilməsində iştirakı, riayyət olunmasına nəzarətin həyata keçirilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər Avqust ayının 31-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əməliyyat riskləri” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Vakansiyalar
-
5 saat, 21 dəq
İri banka Qiymətli kağızların təhlili üzrə mütəxəssisi tələb olunur
-
16 saat, 40 dəq
AzerBlast şirkətinə Anbardar və Mexanik (Gəncə) tələb olunur
- 17 saat, 28 dəq
- 19 saat, 11 dəq
- 23 saat, 1 dəq