Ziraat Bank Azərbaycan dəstək xidmətləri üzrə mütəxəssis / aparıcı mütəxəssis axtarır

İşəgötürən: Ziraat Bank Azərbaycan
Vakansiya: Dəstək xidmətləri üzrə Mütəxəssis/Aparıcı mütəxəssis
Son tarix: 01 oktyabr 2022
Vəzifəyə olan tələblər:
-Ali təhsil;
-Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
-Kompüter bilikləri (MS Office, Internet);
-İngilis dili, rus dili və excell bilikləri.
Əsas vəzifələr:
-Bankın ehtiyyac duyduğu mal və xidmətlərə dair ehtiyac planı hazırlamaq;
-Sifariş olunan satınalmaların həyata keçirilməsi;
-Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
-Mədəni-kütləvi və digər tədbirlərin hazırlanması və keçirilməsində təşkilati və texniki yardım göstərilməsi;
-Bankın təhlükəsizlik standartlarını müəyyənləşdirmək və bu məsələ ilə bağlı lazımı işlərin görülməsinə nəzarət etmək;
-Fövqəladə hallar planlarını tərtib etmək və bu məsələdə digər strukturlarla əlaqəli çalışmaq;
-Banka məxsus əmlakların mobil və daimi telefon xətləri sisteminin müqavilə, satınalma, nəzarət və s. işlərinin həyata keçirilməsi;
-Əlaqədar strukturlarla koordinasiyalı şəkildə reklam işi və xidmətlərinin hazırlanması, canlı tutulmasının təmin edilməsi;
-Satınalma, dəstək xidmətlərinin göstərilməsi sahəsində sistemin qurulmasında iştirak etmək;
-Bankın inventarlarının yoxlanılması və inventarizasiyanın aparılması;
-Sığortalanması tələb olunan bütün əmlakların sığortlanmasının təmin edilməsi;
-Təşkilatda sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi;
-Bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılmasını təmin edilməsi;
-Qiymət, malların keyfiyyəti, son tarixlər, gözləntilər və s. haqqında təchizatçılarla danışıqlar aparılması;
-Satınalma sifarişlərinin, müqavilələrin və digər lazımi sənədlərin reyestrinin aparılmasını, davamlı olaraq monitorinq olunmasının təmin edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər Sentyabr ayının 30-na qədər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Dəstək xidmətləri” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Vakansiyalar
-
6 saat, 49 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 6 saat, 51 dəq
- 6 saat, 53 dəq
-
6 saat, 55 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib
- 6 saat, 57 dəq