Zəmanət üzrə mütəxəssis axtarılır
İşəgötürən – Performance Center Co
Vəzifə öhdəlikləri:
Müştəriləri qəbul etmək və nəqliyyat vasitəsində baş vermiş qüsurun müəyyənləşdirmək;
İstehsalçının müəyyən etdiyi normativə uyğun şəkildə zəmanət hadisəsini sənədləşdirmək;
İstehsalçı tərəfdən müəyyən edilmiş vaxt ərzində zəmanət tələbnaməsini hazırlamaq və sistemə daxil etmək;
Geri qaytarılan tələbnamələrin müəyyən edilmiş vaxt ərzində yenidən sistemə daxil edilməsi üçün lazımi məlumatlar toplamaq və düzəlişlər etmək;
Daima ödənişlərə nəzarət etmək;
Zəmanətlə dəyişilən ehtiyat hissəsini istehsalçı tələbinə uyğun saxlamaq
Ödənilməmiş zəmanət tələbnamələrini nəzarət altında saxlamaq;
Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək, çətinlik yaranarsa rəhbərliyi məlumatlandırmaq;
İstehsalçının zəmanət şərtlərini və ümumi qarantiya siyasətini əla bilmək;
İstehsalçının zəmanət şöbəsi ilə mütəmadi əlaqədə olaraq zəmanət təmirlərinə qərar vermək;
Ehtiyac olduqda zəmanət təmirinə qərar vermək üçün istehsalçı ilə razılaşdırmaq;
Bütün zəmanət iş kartlarına nəzarət etmək, zəmanət işlərinin yerinə yetirilməsi üçün lazımi ehtiyat hissələrinin sifarişini və vaxtında gəlişini nəzarət altında saxlamaq, zəmanət təmirlərinin gedişinə nəzarət etmək;
Zəmanət sənədlərinin düzgün tərtib olunmasını, doldurulmasını və istehsalçıya çatdırılmasını yerinə yetirmək və prosesin düzgün gedişinə nəzarət etmək;
İstehsalçının tələblərinə əsasən zəmanət anbarını saxlamaq;
Zəmanət məsələləri üzrə müştərilərə məlumat vermək;
Zəmanət halları üzrə verilmiş qərara görə narazı qalan müştərilər ilə yaxından işləmək və qərarın səbəblərini bildirmək;
Müştəri siyahısında olan avtomobillərin mütəmadi olaraq hər hansı servis çağırışında keçərli olmasını yoxlamaq;
Rəhbərlik tərəfindən təyin olunmuş hesabatları vaxtı vaxtında təqdim etmək.
Namizədə qarşı tələblər:
Ali təhsil(Texniki təhsilə üstünlük veriləcək)
Yaş: 25-40
Azərbaycan və ingilis dilləri səlis (rus dili arzu olunandır)
Avtomobil sahəsində iş təcrübəsi
İş şərtləri:
İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
Əmək haqqı: 800-1000₼
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Zəmanət üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 gün, 6 saat, 46 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 5 saat, 38 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 6 saat, 12 dəq
- 5 gün, 18 dəq
- 5 gün, 19 saat, 32 dəq