Xalq Bank sistem inzibatçısı axtarır (Microsoft)

İşəgötürən: Xalq Bank
Vakansiya: Sistem inzibatçısı (Microsoft)
Son tarix: 05 iyun 2022
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
İşi̇n Təsvi̇ri̇:
-İT sistemlərinin daimi monitorinqi;
-Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması;
-Mövcud servislərin dayanaqlılığını təmin etmək;
-Əməliyyat sistemlərinin və konfiqurasiya fayllarının mütəmadi ehtiyata alınması;
-Bütün dəyişikliklərin sənədləşdirilməsi;
-Server avadanlıqlarının quraşdırılması;
-İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi;
-24/7 mövcudluğu;
-Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir;
-İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması.
Nami̇zədə Dai̇r Tələblər:
-İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları;
-MCSE: Core Infrastructure, MCSE Productivity Solutions Expert, VMware Certified Professional (VCP), sertifikatlarına sahib olması arzuolunandır;
-Microsoft, VMware, istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə.
-Windows Server (2012/2016/2019) əməliyyat sistemlərinin, role-service və tool-ları inzibatçılığı;
-Mərkəzi avtorizasiya və idarəetmə sistemləri ilə iş təcrübəsi – Active Directory, Group policy;
-Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware vSphere, VMware HCI;
-Sistem firewall ilə işləmək bacarığı;
-Backup sistemləri ilə iş təcrübəsi – Veeam Backup and Replication;
-High availability sistemləri ilə iş təcrübəsi;
-Mail servisləri ilə iş təcrübəsi – Exchange server 2016/2019;
-Server update repository-lər ilə iş təcrübəsi -WSUS;
-Configuration Management tool-larla təcrübə – SCCM;
-Avtomatlaşdırma tool-ları ilə iş bacarığı – Ansible.
-İngilis və rus dilləri üzrə biliklər: ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
-Sahə üzrə iş təcrübəsi ən azı 3 il.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Vakansiyalar
- 1 ay, 1 həftə, 3 gün, 10 saat, 12 dəq
-
1 ay, 3 həftə, 1 gün, 5 saat, 43 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 5 gün, 13 saat, 41 dəq
- 2 ay, 13 saat, 31 dəq
- 2 ay, 13 saat, 34 dəq