Xalq Bank problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi axtarır

Mütəxəssis


İşəgötürən: Xalq Bank

Vakansiya: Problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi

Son tarix: 07 oktyabr 2022

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə 

Şəhər: Bakı

Namizədə dair tələblər:

-Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;

-Analoji sahə üzrə və ya bank işi sahəsində minimum 4-6 illik iş təcrübəsi;

-Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;

-İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti;

-Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;

-Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

-Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;

-Əmək funksiyalarının yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının mülki, mülki-prosessual, icra haqqında, ipoteka haqqında və digər qanunvericilik və normativ-hüquqi aktlarını, o cümlədən bankdaxili normativ aktları bilməli.

İşin təsviri:

-Problemli Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;

-Əməkdaşa təhkim olunmuş portfel üzrə Problemli borcalanlar ilə görüşlərin keçirilməsi, mütəmadi zənglərin edilməsi;

-Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb edilməsi;

-Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;

-Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək, aparılmış işlərə dair portfeldə qeydlər etmək;

-Problemli borcalan barəsində məhkəməyə müraciət edilməsi ilə bağlı kredit dosyesi üzrə müvafiq sənədləri hazırlayaraq Hüquq İdarəsinə təhvil verilməsi;

-Məhkəmə müddətində problemli borcalan barəsində aparılan prosesual addımların izlənməsi və portfeldə müvafiq qeydlərin aparılması;

-Problemli borcalanlarla birbaşa görüşlərin təşkili, girov və biznesin monitorinqin həyata keçirilməsi;

-Kreditin sağlamlaşdırılması üçün təkliflərin hazırlanması;

-Analoji işlərin təşkili üçün regionlara ezam olunması.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri: 

E – mail:  [email protected]

Telefon:  (012) 404 43 39

Faks:  (012) 404 43 34 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]