Xalq Bank kassir axtarır (Şamaxı)

İşəgötürən: Xalq Bank
Vakansiya: Kassir (Şamaxı)
Son tarix: 24 iyun 2022
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Şamaxı
Namizədə dair tələblər:
-Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
-Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
-Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
-Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
-Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
-Riyazi hesablama aparmaq qabiliyyəti;
-Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
-Yüksək qavrama və öyrənmə qabiliyyəti;
-İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
-Kompyuter bilikləri.
İşin təsviri:
-Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq kassa əməliyyatlarının aparılması;
-Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması;
-Nağd vəsaitlərin çeşidlənməsi;
-Bankomatların yüklənilməsi və boşaldılması.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Vakansiyalar
- 6 saat, 42 dəq
-
14 saat, 22 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 14 saat, 31 dəq
- 14 saat, 32 dəq
- 14 saat, 34 dəq