Xəzər-1 Firması baş mühasib axtarır

İş barədə məlumat:
Təhsil səviyyəsi: Ali (Maliyyə, mühasibat uçotu və ya iqtisadi yönümlü)
Mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3-5 il
Kompüter bilikləri: 1C 8.3 proqramında sərbəst işləməyi bacarmalı
Microsoft Office programlarında sərbəst işləmək bacarığı- Yüksək dərəcədə analitik qabiliyyət və riyazi düşüncə;
PMS və ya F-3 beynəlxalq müvafiq sertifikatlarıın olması üstünlükdür
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
5 günlük iş qrafiki bazar istirahət
Əmək haqqı: müsahibə zamanı razılaşma əsasında təyin olunacaq
Namizədə tələblər:
Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi
Aylıq mənfəət zərər hesabatı və balans hesabatının təqdim olunması
Büdcə ilə faktiki göstəricilərin təhlili
Statistika, Vergi hesabatlarının (Mənfəət,ÖMV,ƏDV,Əmlak,DSMF və s) təqdim edilməsi
ƏDV ilə hesablaşmalar, ƏDV Bəyannaməsinin verilməsi və əvəzləşdirmənin aparılması
EVHF, E-qaimələrin və hesab fakturaların tərtibi
Online kargüzarlıq bölməsi bağlı işlərin həyata keçirilməsi
e-gov.az, e-taxes.gov.az-BTP –dən işləmə bacarığı
Təşkilat daxili mühasibat uçotunun aparılması
Vergi və mühasibat uçotunun aparılması
Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi
Əmək haqqı, məzuniyyətlərin hesablanması
Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s
Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
Elektron bankinqlə daxili Və xarici bank ödənişlərinin həyata keçirilməsi.
Bank ödənişinin icrası üçün sənədlərinin hazırlanması
Bank ödəniş tapşırıqlarının hazırlanması
Şirkətin yaradılması, bank hesabının açılması, möhürün alınması, Asan İmza.
Cari vergi ödəmələrinin hesablanması.
Nəzarət-kassa aparatının və POS-terminalın onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması.istifade edilmesi.
Alış aktları, etibarnamə, protokollar, təhvil-təslim aktları, üzləşmə aktlarının hazırlanması
Rəhbərliyə lazımı məlumatları hazırlayıb təhvil vermək
Vergi orqanları ilə yazışmaların aparılması
Debitor və kreditorlarla aparılan əməliyyatların təhlili
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
İş şəraiti:
Həftə içi 6 gün (bazar istirahət)
İş saatı 09:00-dan – 18:00-dək
Servis xidməti mövcuddur
Nahar şirkət tərəfindən qarşılanır
Əmək haqqı müsahibə zamanı razılaşma əsasında təyin olunacaq
İşə qəbul AR qanunvericiliyinə uyğun olaraq aparılır
Əlaqə: +994992062021 (Səbinə x), +994506030787 (Aytən x)
Maraqlanan namizədlər öz CV formalarını mövzu yerinə “Baş Mühasib” yazaraq [email protected] və ya [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 1 ay, 2 həftə, 3 saat, 10 dəq
-
1 ay, 3 həftə, 4 gün, 22 saat, 41 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 6 saat, 39 dəq
- 2 ay, 3 gün, 6 saat, 29 dəq
- 2 ay, 3 gün, 6 saat, 32 dəq