Veysəloğlu Şirkətlər Qrupu istehsalat üzrə operator axtarır
İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu
Vakansiya: İstehsalat üzrə operator
Son tarix: 13 oktyabr 2022
Vəzifə və öhdəliklər:
-İstifadə edilən avadanlığın işlək vəziyyətdə olmasını yoxlamaq
-Bunkeri şəkər tozu ilə doldurmaq
-Şəkər tozunun bunkerindən dəyirmana verilməsini nizamlayan tənzimləyicidə laboratoriya tərəfindən təyin olunmuş həddin sabit qalmasını, dəyişdirilməməsini təmin etmək
-Üyüdülmüş şəkər pudrası tökülən navalçalara boş kisələri keçirərək xamıtla bərkitmək və navalçaların kranlarını açmaq
-Şəkər üyütmə avadanlığını əməkdaş təlimatına əsasən işə salmaq
-Avadanlığı işə salarkən və söndürərkən avadanlığın hissələrinin işə salınma və söndürülmə ardıcıllığına riayət etmək
-Vəzifəsinin icrası ilə əlaqədar bilavasitə rəhbəri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək
-Texnoloji rejim, qulluq etdiyi avadanlığın quruluşu və istismar qaydalarına əməl etmək
-Nəzarət-ölçü cihazlarının təyinatına və istifadə olunma qaydalarına əməl etmək
-İstifadə olunan avadanlıqlarını istehsal prosesininin sonunda təmizləmək və növbəni digər əməkdaşa təhvil-təslim etmək
-Təmizlik zamanı kimyəvi yuyucu vasitələrlə davranış qaydalarını bilmək və bununla bağlı təlimatlara əməl etmək
Tələblər:
-Ali təhsilin (Texniki sahədə) olması arzuolunandır
-Nizam-intizamlı olmalı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli
-Müvafiq ixtisas üzrə azı 6 ay-1 il iş təcrübəsi
Əmək şəraiti:
-İş qrafiki: növbəli, 08:00 – 20:00; 20:00 – 08:00.
-İş məkanı: Bakı şəhəri, Keşlə Qəsəbəsi, Ulduz Şokalad Fabriki
-Yemək və servis təminatı mövcuddur
-Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Oktyabr tarixinədək emailin mövzu hissəsində “İstehsalat üzrə operator” və ad, soyad qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 ay, 1 həftə, 6 gün, 5 saat, 11 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 2 gün, 6 saat, 6 dəq
- 7 ay, 2 həftə, 2 gün, 7 saat, 59 dəq
- 10 ay, 3 həftə, 2 saat, 44 dəq
-
11 ay, 1 gün, 22 saat, 15 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır