Veysəloğlu Şirkətlər Qrupu daxili təhqiqat şöbəsinin müdiri axtarır

Müdir

veysəloglu


İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu

Vakansiya: Daxili Təhqiqat Şöbəsinin Müdiri

Son tarix: 23 sentyabr 2022

Vəzifə öhdəlikləri:

-Daxili təhqiqat işinin təşkili və fəaliyyət istiqamətinə dair nəzarəti təmin etmək;

-Dələduzluq və fırıldaqçılıq faktlarının müəyyən edilməsi və qarşısının alınması məqsədilə üst rəhbərlə razılaşdırılmış şəkildə təşkilati tədbirlərin görülməsini və aidiyyəti biznes strukturları qarşısında tələb qaldırmaqla bu proseslərə nəzarəti təmin etmək;

-Daxili təhqiqat prosesləri zamanı şirkətə daxil olan digər struktur bölmələri ilə koordinasiyalı işin təşkil edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirmək;

-Daxil olan dələduzluq, fırıldaqçılıq və korrupsiya faktları ilə bağlı direktorun müvafiq qərarı ilə daxili yoxlamanın və zəruri hallarda xüsusi təhqiqatların və xidməti araşdırmaların aparılmasını təmin etmək;

-Korrupsiya və dələduzluq faktları ilə bağlı şübhəli hallar yarandıqda rəhbərliyə bildirməklə, müvafiq struktur vahidinin iş fəaliyyətini yoxlamaq, zəruri hallarda təhqiqatlar apararaq, mənimsənilmiş və vurulmuş ziyan məbləğlərinin geri qaytarılması proseslərini icra etmək;

-Müxtəlif səbəblərdən dələduzluq və fırıldaqçılıq faktları ilə bağlı ziyan məbləğlərinin geri qaytarılması təmin olunmadığı təqdirdə, rəhbərliklə razılaşdırılmış şəkildə AR Qanunveriliciyinə uyğun müvafiq təşkilatı-hüquqi tədbirlərin görülməsini təmin etmək;

-Bütün növ korrupsiya, dələduzluq və fırıldaqçılıqla mübarizə ilə bağlı kompleks tədbir və metodlar işləyib hazırlamaq;

-Xüsusi proqram vasitəsilə aşkar olunmuş dələduzluq, fırıldaqçılıq və korrupsiya faktlarının müvafiq “baza” məlumatlarının toplanılmasını təmin etmək, onların analitikasını aparmaq və saxtakarlıq səviyyəsinin azaldılması üçün müvafiq təkliflər verməklə “antifraud” tədbirlərini görmək;

-Fraud faktları ilə bağlı statistika aparmaq, aidiyəti hesabatlar hazırlayaraq üst rəhbərə təqdim etmək.

Ümumi tələblər:

-Ali təhsil;

-Müvafiq sahə üzrə, xüsusilə risklərin idarəedilməsi sahəsi üzrə minimum 3 il iş təcrübəsi;

-Mənimsəmə və saxtakarlığın idarəedilməsi üzrə biliklər;

-Dəqiqlilik və detallara fikir vermə, yüksək analitik təhlil və problem həll etmə qabiliyyəti;

-Güclü idarəetmə və araşdırma bacarığı;

-Yüksək şifahi və yazılı Azərbaycan dili biliyi(İngilis dili biliyi arzuolunandır).

Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Daxili Təhqiqat Şöbə Müdiri” yazmaqla, öz CV-lərini göndərə bilərlər.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]