Veysəloğlu MMC təchizat üzrə mütəxəssis axtarır
İşəgötürən: Veysəloğlu MMC
Vakansiya: Təchizat üzrə mütəxəssis
Son tarix: 26 oktyabr 2022
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
-Mal alışının hazırlanması, sifarişlərin sistemə daxil edilməsi
-Tədarükçülərlə danışıqların aparılması və müqavilələrin bağlanması
-Alınacaq məhsulların etiketlərinin tərcüməsini elətdirmək, məhsulların məlumatını əldə etmək
-Sifarişlə əlaqədar dövlət əhəmiyyətli icazələrin alınması üçün müraciətin edilməsi, nəzarətdə saxlanılması
-Sifarişə dair gömrük yoxlanışı zamanı çıxan problemlerin həll olunması üçün bilavasitə iştirak etmək
-Sifariş olunan mallar üzrə stok səviyyəsinə nəzarət etmək
-Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi
Vəzifə tələbləri:
-Ali təhsil
-Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
-MS Office , xüsusilə Excel proqramını əla bilmək
-Azərbaycan, Rus, və İngilis dillərini səlis bilmək
-Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək
-Problemləri operativ həll etmək
-Yüksək ünsiyyət bacarığı
-Punktuallıq və detallara diqqət etmə bacarığı
-Analitik düşünmə və təhlil etmə qabiliyyəti
-Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
-Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təchizat üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
1 gün, 18 saat, 20 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
3 gün, 17 saat, 12 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 3 gün, 17 saat, 46 dəq
- 4 gün, 11 saat, 52 dəq
- 5 gün, 7 saat, 6 dəq