Veysəloğlu MMC kreditorlar üzrə şöbə müdiri axtarır
İşəgötürən: Veysəloğlu MMC
Vakansiya: Kreditorlar üzrə Şöbə Müdiri
Son tarix: 24 iyun 2023
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
-Şöbə daxilində işlərin və proseslərin düzgün, səmərəli, qaydalara və qanunvericiliyə uyğun təşkil edilməsinə nəzarət;
-Xərclər, ticari və qeyri-ticari mal alışları, malların mədaxili ilə bağlı əməliyyatlarına və müvafiq işləri icra edən komandalara rəhbərlik
-Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşləmərin düzgün həyata keçirilməsinə nəzarət;
-Şirkətin ticari öhdəliklərinin zamanında və tam şəkildə tanınmasına, həmçinin ödənilməsinə nəzarət;
-Ticari və qeyri-ticari borcların üzləşmələrinin şirkətin prosedurlarına uyğun şəkildə aparılmasının təmin edilməsi;
-Kreditor borclar və onlara görə öhdəliklərin icra edilməsi ilə bağlı vergi əməliyyatlarının düzgün şəkildə həyata keçirilməsinə nəzarət;
-Şirkətin maliyyə-uçot fəaliyyətində aktiv iştirak etmək və uçotun təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təklifləri irəli sürmək, icrasını təmin etmək;
-SAP proqramında təkmilləşmələrin edilməsi və uçot proseslərinin avtomatlaşdırılmasında aktiv iştirak;
-Komanda üzvləri ilə bilik və təcrübənin paylaşılması və onların peşəkar inkişafına dəstək olmaq;
-Mühasibatlıq departamentinin ümumi işinin səmərəli qurulmasına dəstək vermək;
-Uçot sənədlərinin zamanında və qaydalara uyğun şəkildə arxivləşdirilməsini təmin etmək.
Tələblər:
-İş təcrübəsi: müvafiq sahədə 2 il rəhbər vəzifədə iş təcrübəsi (distributor sektorunda təcrübəyə üstünlük verilir)
-Təhsil: Ali iqtisadi, maliyyə və ya mühasibatlıq təhsili
-MS Office (xüsusilə Excel) biliklərinin yüksək səviyyədə olması
-Orta səviyyədə rus dili biliyi (inglis dili biliyi üstünlükdür)
-Vergi qanunvericiliyi sahəsində geniş biliklər və təcrübə
-Dinamik iş mühitində və təzyiq altında işləmək istəyi və bacarığı
-Orta və böyük ölçülü komandaların idarə edilməsində təcrübə
-SAP proqramında işləmək bacarığı üstünlükdür.
-ACCA və DipİFR sertifikatlarının olması üstünlükdür
-Kiçik və/və ya orta miqyaslı bizneslərdə baş mühasib təcrübəsi arzuolunandır
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
-Nahar ilə təmin edilmə;
-Qanunvericiliyə uyğun olaraq ezamiyyət xərclərinin qarşılanması.
Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Kreditorlar üzrə Şöbə müdiri” yazaraq göndərmələri xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 ay, 4 həftə, 7 saat, 15 dəq
- 2 ay, 4 həftə, 9 saat, 8 dəq
- 6 ay, 2 gün, 3 saat, 53 dəq
-
6 ay, 1 həftə, 6 gün, 23 saat, 24 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 2 həftə, 4 gün, 7 saat, 22 dəq