Veliev MMC satış üzrə aparıcı mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Veliev MMC

Vakansiya: Satış üzrə aparıcı mütəxəssis

Son tarix: 01 iyul 2023

Vəzifə və Öhdəlikləri:

-Cəmiyyətdə istehsal olunan və hazır məhsulların mağazalar və satış anbarlarında satışının təşkili.

-Mövcud və potensial müştərilərə məhsulların təqdimi və satışının təşkili.

-Mövcud və potensial müştərilərin ehtiyaclarını ödəmək üçün xərc-fayda və ehtiyac analizini həyata keçirmək.

-Müsbət biznes və müştəri əlaqələri qurmaq, inkişaf etdirmək və qorumaq.

-Daimi mövcud və potensial müştərilərlə əlaqə saxlamaq.

-Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini sürətləndirmək.

-Cədvəl daxilində razılaşdırılmış satış hədəflərinə və nəticələrə nail olmaq.

-Bölgə üzrə bazar potensialını və rəqibləri təhlil etmək, satışları və status hesabatlarını izləmək. 

-Mağaza və satış anbarlarının əlaqələndirilməsi, satışın artırılması üçün lazım olan tədbirlərin hazırlanıb rəhbərliyə təqdim edilməsi.

-Görülən işlər barədə mütəmadi hesabat hazırlayıb rəhbərliyə təqdim etmək.

Tələblər:

-Ali təhsil;

-Microsoft Office əla səviyyə;

-Azərbaycan dili və rus dili əla  , ingilis dili əlavə üstünlükdür

-Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

-Yüksək ünsiyyət və davranış bacarığı;

-Öz fikirlərini sərbəst ifadə etmək bacarığı;

-Komanda ilə işləmək bacarığı;

-Təqdimat və təsiretmə bacarığı;

-Analitik və təhliletmə bacarığı;

-Xarici ezamiyyətlərə getmək imkani;

Əmək şəraiti:

-İş yeri: Sumqayıt şəhəri

-İş rejimi: 6 günlük

-Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Satış üzrə aparıcı mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]