Veliev MMC satış üzrə aparıcı mütəxəssis axtarır

İşəgötürən: Veliev MMC
Vakansiya: Satış üzrə aparıcı mütəxəssis
Son tarix: 01 iyul 2023
Vəzifə və Öhdəlikləri:
-Cəmiyyətdə istehsal olunan və hazır məhsulların mağazalar və satış anbarlarında satışının təşkili.
-Mövcud və potensial müştərilərə məhsulların təqdimi və satışının təşkili.
-Mövcud və potensial müştərilərin ehtiyaclarını ödəmək üçün xərc-fayda və ehtiyac analizini həyata keçirmək.
-Müsbət biznes və müştəri əlaqələri qurmaq, inkişaf etdirmək və qorumaq.
-Daimi mövcud və potensial müştərilərlə əlaqə saxlamaq.
-Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini sürətləndirmək.
-Cədvəl daxilində razılaşdırılmış satış hədəflərinə və nəticələrə nail olmaq.
-Bölgə üzrə bazar potensialını və rəqibləri təhlil etmək, satışları və status hesabatlarını izləmək.
-Mağaza və satış anbarlarının əlaqələndirilməsi, satışın artırılması üçün lazım olan tədbirlərin hazırlanıb rəhbərliyə təqdim edilməsi.
-Görülən işlər barədə mütəmadi hesabat hazırlayıb rəhbərliyə təqdim etmək.
Tələblər:
-Ali təhsil;
-Microsoft Office əla səviyyə;
-Azərbaycan dili və rus dili əla , ingilis dili əlavə üstünlükdür
-Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
-Yüksək ünsiyyət və davranış bacarığı;
-Öz fikirlərini sərbəst ifadə etmək bacarığı;
-Komanda ilə işləmək bacarığı;
-Təqdimat və təsiretmə bacarığı;
-Analitik və təhliletmə bacarığı;
-Xarici ezamiyyətlərə getmək imkani;
Əmək şəraiti:
-İş yeri: Sumqayıt şəhəri
-İş rejimi: 6 günlük
-Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Satış üzrə aparıcı mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 6 saat, 22 dəq
- 7 saat, 8 dəq
- 7 saat, 46 dəq
- 8 saat, 33 dəq
- 8 saat, 34 dəq