Veliev MMC marketinq şöbəsinin rəisi axtarır

İşəgötürən: Veliev MMC
Vakansiya: Marketinq şöbəsinin rəisi
Son tarix: 29 sentyabr 2022
Vəzifə və Öhdəlikləri:
-Rəqəmsal, reklam, kommunikasiya və yaradıcılıq marketinqi üçün strategiyalar hazırlamaq;
-Marketinq şöbəsinin aylıq, rüblük və illik büdcələrini hazırlamaq və idarə etmək;
-Şirkətin (markalarının) tanıtım və reklam ehtiyaclarının müəyyən edilməsi;
-Brend mesajımızın PR, reklam, direkt və digital marketinq kimi bütün kommunikasiya kanallarında və marketinq səylərində (tədbirlər, e-poçt kampaniyaları, veb səhifələr və tanıtım materialları kimi) güclü və ardıcıl olmasını təmin etmək;
-Brendləşdirmə, yerləşdirmə və qiymət strategiyalarını dizayn etmək;
-Brend şüurunu artırmaq üçün satış və marketinq səylərini əlaqələndirmək;
-Yerli və xarici sərgilərdə şirkətin(markalarının) iştirakının təşkil edilməsi;
-Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
-İstehlakçı davranışının təhlili və müştəri şəxsiyyətlərini müəyyənləşdirilməsi;
-Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkili və həyata keçirilməsi;
-Yeni bazar seqmentlərinə çatmaq və bazar payını genişləndirmək imkanlarını müəyyənləşdirmək.
-Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
Tələblər:
-Marketinq, İqtisadiyyat vəya Biznes idarəçiliyi sahəsində ali təhsil;
-İngilis dili vəya rus dilində səlis danışıq (hər iki dili bilmək üstünlükdür);
-Microsoft Office proqramları yüksək səviyyədə;
-Veb analitika və Google Adwords haqqında möhkəm biliklər;
-CRM proqram təminatı ilə iş təcrübəsi;
-Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
-Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
-Marketinq sahəsində rəhbər vəzifədə ən az 2 il iş təcrübəsi;
-Tənqidi düşünmə, problem həlletmə və müstəqil qərarvermə bacarığı;
-Yüksək ünsiyyət və davranış bacarığı;
-Komanda ilə işləmək, idarəetmə və təsiretmə bacarığı;
-Analitik düşüncə bacarığı;
-Səyahət sərbəstliyinin olması;
Əmək şəraiti:
-İş yeri: Sumqayıt şəhəri
-İş rejimi: 6 günlük iş həftəsi
-Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Sentyabr tarixinədək emailin mövzu hissəsində “Marketinq şöbəsinin rəisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərsiz.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 ay, 3 həftə, 1 gün, 14 saat, 37 dəq
-
2 ay, 3 gün, 10 saat, 8 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 18 saat, 6 dəq
- 2 ay, 1 həftə, 4 gün, 17 saat, 56 dəq
- 2 ay, 1 həftə, 4 gün, 17 saat, 59 dəq