Vakansiya: SƏTƏM üzrə mütəxəssis tələb olunur

Mütəxəssis


İşəgötürən: Qaya Safety Solutions

Vakansiya: SƏTƏM üzrə mütəxəssis

Son tarix: 16 iyul 2022

Əmək haqqı 900-1100 AZN (Namizədlərin bilik və təcrübəsi əsasında əmək haqqı müsahibə zamanı danışılacaq).

İş barədə məlumat:

-Əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və layihələrdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarəti təşkil etmək;

-Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlimlərin təşkili və təmin edilməsi;

-Giriş təlimatlarının keçirilməsini təmin etmək, iş yerində ilkin və təkrar təlimatlarının keçirilməsinə nəzarət etmək;

-Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi;

-Bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək, fəaliyyətin təkmilləşdirilməsi üçün yeni təkliflər vermək;

-SƏTƏM-ə dair risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirmək;

-Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlər hazırlamaq;

-Əmək funksiyasına uyğun olaraq görülmüş işlər, verilən göstəriş və tapşırıqların icrası barədə şöbə rəhbərinə (onun tələbinə əsasən) məlumat vermək;

-Şöbə rəhbəri tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları yerinə yetirmək.

İş şəraiti:

-İş yeri: Bakı şəhəri.

-Cəbrayıl rayonuna ezamiyyətlər;

-İş qrafiki 6 günlük;

-AR qanunvericiliyinə uyğun sənədləşmə.

Namizədə tələblər:

-Texniki sahə üzrə ali ixtisas təhsili;

-Tələb olunan vəzifə üzrə minimum 5 il iş təcrübəsi;

-Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, təşkilatın missiyasına sadiqlik;

-İngilis dili biliyi arzuolunandır;

-Açıq sahə şəraitinə, əlavə iş qrafiki ilə işləməyə hazır olmalı.

Elektron poçtun “Mövzu” yerinə “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]