VAKANSİYA: Sənədlərə nəzarət üzrə mütəxəssis
“Unico” şirkəti vakansiya elan edib.
Vəzifə öhdəlikləri:
– Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə bölüşdürmək;
– Sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə və nəzarət təmin etmək;
– Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatını və nəzarətini təşkil etmək;
– Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
– Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlamaq və arxivləşdirmək.
– İclas Protokollarınını və aktlarını hazırlamaq;
– Bütün növ sənədlərin şirkətdaxili formalara və ya sifarişçinin tələblərinə uyğun hazırlanmasına nəzarət etmək.
Tələblər:
– Ali təhsil;
– İngilis və rus dilləri üzrə danışma və yazma bilikləri mütləqdir;
– Təqdimat bacarıqları yüksək səviyyədə olmalı;
– Bu sahədə ən azı 1 il iş təcrübə;
– Yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti;
– Məsuliyyətlilik, detallara qarşı diqqətlilik;
– Operativlik, vaxtdan düzgün istifadə bacarığı;
– Fərdi və komanda tərkibində işləmək bacarığı;
– Kompüter bacarıqları (MS Word, Excel – yüksək səviyyədə, Outlook, Internet və digər).
Namizəd qismində iştirak etmək istəyən şəxslər CV-lərini mövzu yerinə “Sənədlərə nəzarət üzrə mütəxəssis” yazmaqla [email protected] e-poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 3 həftə, 6 gün, 6 saat, 35 dəq
- 2 ay, 3 həftə, 6 gün, 8 saat, 28 dəq
- 6 ay, 1 gün, 3 saat, 13 dəq
-
6 ay, 1 həftə, 5 gün, 22 saat, 44 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 2 həftə, 3 gün, 6 saat, 42 dəq