Vakansiya: Mühasib tələb olunur

Mühasib


İşəgötürən: Khamsa Insurance and Reinsurance Brokers

Vakansiya: Mühasib

Son tarix: 25 noyabr 2022

Vəzifə öhdəlikləri barədə məlumat: 

-Mühasibat uçotunun 1C 8.3 kompüter proqramı vasitəsilə mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılmasını və müxabirləşmələrin verilməsində iştirak etmək;

-Sığorta brokerinin rüblük və illik maliyyə hesabatlarının tərtib olunmasını və müəyyən edilmiş müddətlərdə Mərkəzi Banka təqdim edilməsində iştirak etmək;

-Vergilərin və icbari ödənişlərin düzgün hesablanmasını və aidiyyəti üzrə ödənilməsini təmin etmək;

-Sığorta brokerinin təqdim etməli olduğu vergi bəyannamələrinin, statistika və DSMF hesabatlarının, maliyyə, idarəetmə və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib edilməsini və aidiyyatı üzrə təqdim edilməsini təmin etmək; 

-Vergi orqanından daxil olan kameral məktubların cavablandırılması;

-Dövlət orqanlarından, müvəkkil banklardan və digər şəxslərdən daxil olmuş, mühasibat uçotu və hesabatlarla bağlı rəsmi məktubları və sorğuları cavablandırmaq;

-Uçot siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak etmək;

-Sığorta brokerinin vergi orqanındakı şəxsi kabinetinin onlayn rejimində fasiləsiz olaraq monitorinqini aparmaq; 

-Şirkət tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;

-Göndərilən E-qaimələrin vaxtında və düzgün təqdim edilməsi, gələn E-qaimələrə nəzarət etmək;

-İşçilərə əmək haqqının, məzuniyyət haqqının, kompensasiyaların, müavinətlərin və sair ödənişlərin düzgün hesablanmasını və ödənilməsini təmin etmək;

-İnternet-bankinq sistemi vasitəsilə bank ödəniş tapşırıqlarının hazırlanması, bank ödənişlərinin həyata keçirilməsi 

-Cəmiyyətin bank hesablarındakı pul vəsaitlərinin hərəkətinə gündəlik nəzarəti həyata keçirmək;

-İnzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclarının hərəkətinə nəzarət etmək;

-Gəlirləri və xərcləri təsdiq edən ilkin uçot sənədlərinin düzgün tərtib olunmasında iştirak etmək;

-Mühasibat uçotu sənədlərinin qorunub saxlanmasını və vaxtaşırı arxivləşdirilməsini təmin etmək; 

-Maddi qiymətlilərin və əmlakın inventarizasiyasıniştirak etmək; 

-Cəmiyyətin fəaliyyət istiqamətinə uyğun olaraq əməkdaşlar tərəfindən «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun, habelə daxili nəzarət sistemi çərçivəsində qəbul edilmiş qayda və prosedurların tələblərinə əməl edilməsinə nəzarət etmək.

İş şərtləri:

-İş qrafiki: həftədə 5 gün, gündə 8 saat (saat 09:00 –dan saat 18:00-dək)

-İş yeri:  Bakı şəh., Xətai rayonu, AZURE Biznes Mərkəzi;

-Əmək haqqı: razılaşma yolu ilə

Namizədə tələblər:

-Yaş:  20 – 35 yaş

-Maliyyə, mühasibat uçotu və iqtisadi sahədə ali təhsil;

-Mühasibat uçotunun aparılması sahəsində ən azı 2 illik iş təcrübəsi(sığorta fəaliyyəti sahəsində iş təcrübəsi arzu olunandır);

-MS Office proqramlarından, 1C 8.3 kompüter proqramından, BTP proqramından istifadə bacarığı;

-İnternet-banking sistemi ilə işləmək bacarığı;

-ACCA sertifikatları üstünlük təşkil edir, mühasibat uçotu, vergi, əmək və sosial sığorta sahəsində qanunvericiliyi bilmək;

-Sığorta fəaliyyəti sahəsində qanunvericiliyi bilmək;

-Mülki Məcəllə üzrə ümumi biliklərə malik olmaq;

-Ünsiyyət, işgüzarlıq, əməkdaşlıq və təşkilatçılıq qabiliyyəti;

-Riyazi hesablamalar aparmaq və analitik təhlil etmək qabiliyyəti, 

-Mal-materialların uçotunun aparılması üzrə biliklərə malik olmalı;

-Azərbaycan dilini mükəmməl bilmək,  ingilis dilini yaxşı bilmək, rus dilini bilmək üstünlükdür;

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]