Vakansiya: Marketinq mütəxəssisi tələb olunur

Mütəxəssis


İşəgötürən: Abşeron Logistika Mərkəzi

Vakansiya: Marketinq mütəxəssisi

Son tarix: 11 may 2022

Ümumi vəzifə öhdəlikləri:

-Sosial media hesabları və platformalarını idarə etmək (Facebook, LinkedIn, Instagram, Youtube və s.);

-Kreativ post ideyaları hazırlamaq (mətnlərin yazılması və redaktə edilməsi);

-Bütün növ reklam, PR mətn və ideyalarının və mətnlərinin hazırlanması (press-reliz, seo yönümlü mətnlər);       

-Bazarda trendlərin, rəqiblərin analiz edilməsi və digər araşdırmaların edilməsi;

-PR, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;

-Səhifəyə gələn sorğuları cavablandırılmasını təmin etmək;

-Şirkətin vebsaytında olan məlumatların redaktə olunması;

-Podratçi şirkətlərlə işləmək (mətbəə, agentlik və s.).

Namizədə qarşı tələblər:

-Ali təhsil;

-Marketinq üzrə 1- 3 illik iş təcrübəsi;

-Dil bilikləri: Azərbaycan dili və Rus dili mükəmməl, İngilis dili yaxşı;

-Kompyuter biliyi: Word, Excell, Power Point;

-Qrafiq dizayn və video montaj proqramınlarından anlayışı olması üstünlükdür;

-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

-Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;

-Sosial media planlama və idarəetmə təcrübəsi;

-Araştırma, daima öyrənməyə həvəsli və verilən tapşırıqları vaxtında çatdırmaq;

-Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;

-Problem həlletmə, müstəqil qərarvermə və təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır.

-Portfolio mütləqdir (cv ilə portfolionuzu əlavə etməyiniz xahiş olunur). 

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 10 may 2022-ci il tarixidir. 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Marketinq mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]