Vakansiya: Maliyyə iqtisad xidmətinin operator-əməliyyatçısı tələb olunur

İşəgötürən: VIP Aviation Services Company
Vakansiya: Maliyyə iqtisad xidmətinin operator-əməliyyatçısı
Son tarix: 17 sentyabr 2022
İş haqqında:
-gündəlik ilkin sənədlərin emalı və proqrama təminatına daxil edilməsi;
-fəaliyyət istiqamətinə uyğun sənədlərin tərtib edilməsi;
-alqı-satqı, pul vəsaitlərinin, mal-material ehtiyyatlarının hərəkəti və xidmətlər ilə bağlı əməliyyatların uçotunun aparılması;
-hesabatlar üçün məlumatların hazırlanması, mühasibatlıq sənədlərinin qorunub saxlanılmasına nəzarət;
-mühasibat uçotunun düzgün aparılmasında yaxından iştirak, tabe olduğu rəhbərinin digər göstərişlərinin yerinə yetirilməsi.
Namizədə tələblər:
-ofis proqramlarında, xüsusi ilə Excel proqramında yüksək səviyyədə işləmək qabiliyyəti;
-riyazi hesablamalar və təhlillərin aparılması bacarığı, yüksək məntiqi düşüncə qabiliyyəti;
-əla səviyyədə azərbaycan dili, həmçinin rus və ingilis dillərini yaxşı səviyyədə bilmək;
-inkişafa meyilli olmaq;
-ciddi, məsuliyyətli və punktual olmaq;
-yaş həddi, 21 – 30 yaş;
-ünsiyyətcillik, komandada işləmək bacarığı.
Aşağıdakı bilik və bacarıqlar namizəd üçün əlavə üstünlük olacaq:
-Müvafiq sahədə iş təcrübəsinin olması;
-1С mühasibat uçotu proqramında işləmək bacarığı (müvafiq sertifikatın olması);
-İqtisadi, maliyyə, mühasibatlıq və riyazi sahədə ali təhsilin olması;
İş şəraiti:
-Həftədə 5 iş günü;
-İş saatı – 09.00 – 18.00;
-Əmək haqqı: 700 AZN;
-Şirkət hesabına nahar;
-Nəqliyyat servis xidməti;
-Əmək məcəlləsinə əsasən rəsmiləşmə;
-Karyera yüksəlişi, əlverişli iş mühiti.
Tələblərə uyğun şəxslər CV-lərini mövzu hissəsinə “Maliyyə iqtisad xidmətinin operator-əməliyyatçısı” yazaraq [email protected] mail ünvanına göndərə və ya +99450 300 11 27 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Vakansiyalar
- 9 saat, 33 dəq
- 9 saat, 35 dəq
- 9 saat, 37 dəq
- 9 saat, 38 dəq
- 9 saat, 41 dəq