Vakansiya: Keyfiyyət və SƏTƏM şöbəsinin müdiri
İşəgötürən: Debet Safety
Vakansiya: Keyfiyyət və SƏTƏM şöbəsinin müdiri
Son tarix: 13 may 2022
Vəzifə öhdəlikləri:
-İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməsi;
-İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi;
-Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
-İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi;
-İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməsi və auditlərin aparılması
-Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməsi;
-Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
-İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməsi;
-SƏTƏM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etməsi;
-Müəssisədə mövcud standartlara, forma və qaydalara uyğun olaraq hesabat aparılması;
-Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət,
-Şirkətdə Keyfiyyət Sisteminin qurulmasını həyata keçirmək;
-Prosesin bütün mərhələlərində Keyfiyyət prosedurlarına nəzarətin təmin edilməsi;
-Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak;
-Fəaliyyət ilə bağlı mütəmadi olaraq, müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim edilməsi;
-Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və s.
Bilməlidir:
-İSO 9001:2015 , İSO 45001-2018, İSO 19011 və s. standartının əsaslarını;
-Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
-Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir
-Azərbaycan Respublikasının qanunlarını;
-Müvafiq sahə üzrə beynəlxalq standartları;
-Əməyin təşkilinin əsaslarını;
-Daxili əmək intizamı qaydalarını;
İş şəraiti:
-Nahar və servis (nəqliyyat ) (m. Köroğlu, m. 20 yanvar iş yerinədək və geri dönməklə ) şirkət tərəfindən təşkil olunur,
-5 günlük iş həftəsi ( 08:00 – 17:00)
-AR qanunvericiliyə uyğun rəsmiləşdirilməsi,
-Bayram, hüzn və qeyri iş günlərində şirkət çalışmır
Vakansiyaya müraciət üçün CV-nizi “Keyfiyyət və SƏTƏM şöbəsinin müdiri” mövzusu ilə [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
-
2 ay, 1 həftə, 6 gün, 4 saat, 58 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 2 gün, 5 saat, 53 dəq
- 7 ay, 2 həftə, 2 gün, 7 saat, 46 dəq
- 10 ay, 3 həftə, 2 saat, 31 dəq
-
11 ay, 1 gün, 22 saat, 2 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır