Vakansiya: İnsan resursları üzrə mütəxəssis tələb olunur

Mütəxəssis

mutəxəssis 1


İşəgötürən: Dərs Evi

Vakansiya: İnsan resursları üzrə mütəxəssis

Son tarix: 20 iyun 2022

Tələblərimiz: 

-Ali təhsil;

-Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;

-MS Office (MS Excel, MS Word, MS Outlook) və 1C proqramlarından sərbəst istifadə qabiliyyəti;

-AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst istifadə qabiliyyəti;

-Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları. Rus dili biliyi olan namizədlərə üstünlük veriləcək;

-Aydın və səlis nitq;

-Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti;

-İş prosesində yarana biləcək mürəkkəb situasiyaların müstəqil şəkildə analiz və həll edə bilmə bacarığı;

-Səbrli, diqqətli, dəqiq və məsuliyyətli;

Əsas öhdəliklər:

-İşçilərin davamiyyət hesabatlarının hazırlanması;

-İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, intizam tənbehləri və digər bütün əməliyyatların qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;

-Məzuniyyət cədvəlinin daimi nəzarətdə saxlanılması və işçilərin məzuniyyətlərindən istifadə etməsinin təmin edilməsi;

-İşə qəbul prosesinin aparılması (vakansiya elanının yerləşdirilməsi, daxil olan rezümelərin analizi və seçimi, müsahibələrin keçirilməsi);

-Elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi;

-Əmək haqqı kartlarının sifariş olunması;

-Əmək kitabçalarında müvafiq qeydlərin aparılması;

-Şəxsi işlərin qaydasında olmasının və lazımı sənədlərin müntəzəm yenilənməsinin təmin edilməsi;

-Kadr kargüzarlığına dair digər sənədləşmə proseslərinin aparılması;

-Şirkət daxilində ümumi informasiya xarakterli məktubların tərtib edilməsi və göndərilməsi;

-Sınaq və müqavilə müddətlərinin bitmə tarixlərinin qeydə alınması və müvafiq şəxslərə öncədən məlumatın verilməsi;

-Hər təqvim ayının sonunda əmək haqqı hesablamasının aparılması üçün müvafiq məlumatların 1C proqramına daxil edilməsi;

-İnsan Resurslarının idarə edilməsi və digər icra edilən işlər ilə əlaqədar rəhbərliyə hesabatların verilməsi;

-Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

İş şəraiti:

-İş saatları (həftədə 40 saat): Bazar Ertəsi – Cümə günü, saat 09:00-18:00

-AR Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmləşdirilmə

-İl ərzində 30 gün ödənişli məzuniyyət hüququ

-Korporativ mobil nömrə

Necə müraciət etməli:

Xahiş olunur rezümenizi məktubun mövzu sətrində “İnsan resursları üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərəsiniz.  

Son tarix – 25 may 2022-ci il. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]