Vakansiya: İnsan resursları üzrə mütəxəssis tələb olunur (kadr sənədləşməsi sahəsi üzrə)

Mütəxəssis

mutəxəssis 4


İşəgötürən: BSC Consulting & Outsourcing Company

Vakansiya: İnsan Resursları üzrə mütəxəssis (kadr sənədləşməsi sahəsi üzrə)

Son tarix: 25 avqust 2022

Vəzifə və öhdəlikləri:

-Xidmət göstərilən müəssisələrin işçilərinin əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması ilə bağlı prosedurların yerinə yetirilməsi;

-Əmək qanunvericiliyin tələblərinə əsasən müvaviq əmrlərin hazırlanması;

-İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi;

-İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması; əmək kitabçalarında  müvafiq qeydlərin aparılması;

-Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini,  işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasının təmin edilməsi.

-İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlanıb təqdim edilməsi;

-İş vaxtının  uçotu cədvəllərinin tərtib edilməsi.

-Şirkətin fəaliyyəti ilə əlaqədar bütün kadr sənədləşməsinə dair  sənədlərin (qərarlar, əmrlər, direktivlər, əsasnamələr, prosedurlar və s.) icra edilməzdən əvvəl  hüquqauyğun olub-olmamasını yoxlayır və tələb olunduqda, öz razılığını ifadə edir;

-Pozuntu hallarının aradan qaldırılması məqsədi ilə rəhbərliklə birlikdə qanuni addımların  atılmasını təmin edir;

-Şirkətin qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə mübahisəli halların məhkəmədən qabaq və məhkəmə prosesləri  zamanı məsələrin  həlli üçün tələb olunan sənədləri hazırlayır, onların hüquq şöbəsinə təqdim olunmasını təmin edir; 

Tələb olunan xüsusiyyətlər:

-Ali təhsil;

-İnsan resursları/hüquq  sahəsində ən azı 3 il iş təcrübəsi;

-AR Əmək Məcəlləsinin müddəalarını  əla  səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;

-Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;

-MS Office, 1 C proqramında işləmək bacarığı.

-Güclü ünsiyyət və danışıq qabiliyyəti;

-Azərbaycan, Rus və İngilis dilini bilməyi arzuolunandır.

-Komandada işləmək bacarığı;

-Təzyiq altında və dəyişkən iş qrafik  ilə işləmək bacarığı.

6 günlük iş həftəsi.

Əmək haqqı : 600-800 AZN

Vakansiya ilə maraqlanan şəxslərdən  CV–lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində  “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur. 


©️ 2022

070 231 45 70

[email protected]