Vakansiya: Daxili nəzarət üzrə mütəxəssis tələb olunur

Mütəxəssis


İşəgötürən: MKT İstehsalat Kommersiya MMC

Vakansiya: Daxili nəzarət üzrə mütəxəssis

Son tarix: 16 iyul 2022

Vəzifə öhdəlikləri:

-Nəqliyyat vasitələrinin hərəkəti, yeri, qət etdiyi məsafə, yanacaq sərfiyyatı, yanacağın boşaldılması və avtomobillərin yanacaq doldurulmasına dair daxil olan məlumatların davamlı monitorinqinin həyata keçirilməsi;

-Nəqliyyat vasitələri və personal haqqında məlumatların sistemin məlumat bazasına daxil edilməsi;

-Sistemin tam təminatını təmin etmək üçün texniki xidmət proqramının monitorinqini təmin edilməsi;

-Lazımi hesabatların və sənədlərin hazırlanması və saxlanması;

-Alınan bütün məlumatların bütövlüyünü, düzgünlüyünü və məxfiliyini təmin edilməsi. 

Tələblər:

-Ali təhsil (informasiya texnologiyaları sahəsinə üstünlük verilir);

-Sahəsində ən azı 1 il iş təcrübəsi;

-MS ofis proqramlarında işləmək bacarığı;

Səriştələr:

-Məsuliyyətli

-Şəxsi inkişafa meylli

-Pozitiv

-Özünütəşkiletmə qabiliyyəti

-Nailiyyət yönümlülük

-Etibarlılıq

-Dürüstlük

Əlavə məlumat:

-Əmək haqqı razılaşma əsasında; 

-İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);

-İş yeri: Baki şəhəri, Qafqaz Business Center;

-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]