Vakansiya: Data analitika üzrə menecer tələb olunur
İşəgötürən: AZINTELECOM
Vakansiya: Data analitika üzrə menecer
Son tarix: 15 may 2022
Vəzifə öhdəlikləri:
-Biznesdə maraqlı tərəflərin sorğularını şərh etmək və biznes problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığı;
-Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək;
-Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
-Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması, yenidən öyrədilməsi;
-Müvafiq məhsullar üzrə data analitikasının aparılması ilə bağlı beynəlxalq praktikanı araşdırmaq və bununla bağlı təkliflər vermək;
-Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək;
-Verilənlər bazası və məlumat toplama sistemlərinin hazırlanması və tətbiqi;
-Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlamaq;
-Statistik üsullardan istifadə edərək məlumatların təhlili və hesabatların təqdim olunması;
-Datalardakı anomaliyaları müəyyən etmək, onları oxuya bilmək və həll üçün hipotezalar yarada bilmək bacarığı;
-Dataların təmizlənməsi və emala uyğun formaya salınması;
-Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması;
-Optimallaşmış SQL sorğularla müxtəlif reportların alınması;
-Davranış modellərinə əsasən bazarın və satışların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib etmək.
Tələb olunan bilik və bacarıqlar:
-Riyaziyyat, Statistika, Ehtimal nəzəriyyəsi, Kompyüter elmləri, Data elmləri sahələri üzrə bakalavr dərəcəsi;
-Python və ya R proqramlaşdırma dilləri üzrə biliklər;
-Power BI işləmə bacarığı;
-Sahə üzrə minimum 3 il iş təcrübəsi;
-Struktur bölmənin fəaliyyətinin planlanması və təşkili;
-İşlərin strukturlaşdırılması və iş səmərəliyinin artırılması;
-Komanda üzvlərinin fəaliyyətini nəzarətdə saxlamaq;
-KPI lövhələrinin yaradılması və yenilənməsi;
-Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi, statistik biliklər;
-İri həcmli datalarla iş təcrübəsi, nəticə yönümlülük;
-Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq;
-Ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, məsələn: əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyətinin olması.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] e-mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
2 ay, 2 həftə, 2 gün, 11 saat, 46 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 5 gün, 12 saat, 41 dəq
- 7 ay, 2 həftə, 5 gün, 14 saat, 34 dəq
- 10 ay, 3 həftə, 3 gün, 9 saat, 19 dəq
-
11 ay, 5 gün, 4 saat, 50 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır