Vakansiya: Çağrı mərkəzinə operator tələb olunur
İşəgötürən: ENGINET
Vakansiya: Çağrı Mərkəzi Operatoru
Son tarix: 02 iyul 2022
Vəzifə öhdəlikləri:
-şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
-qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
-müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
-müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
-yeni müştəriləri telefon vasitəsilə cəlb etmək;
-şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
-xidmətin dayanmasının və müştərilərdən kütləvi müraciətlərin daxil olmasının qarşısını almaq üçün müvafiq sistem proqramlarına nəzarət etmək;
-vəzifə təlimatında qeyd edilən digər öhdəlikləri yerinə yetirmək.
Namizədə verilən tələblər:
-ali təhsilə üstünlük verilir
-azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli
-nitqi aydın və səlis olmalı
-fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
-müştərilərlə ünsiyyət qurma bacarığı
-məsuliyyətli, səbrli, stressə davamlı olmalı
-MS Office proqramlarını bilməli
İş qrafiki: növbəli, günaşırı.
Müraciət qaydası: CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – “Çağrı mərkəzi operatoru” yazmaqla göndərə bilərsiniz.
Vakansiyalar
- 14 saat, 19 dəq
-
1 gün, 14 saat, 25 dəq
W jaki sposób nowoczesna technologia przekształca oblicze zabawy
-
1 ay, 2 həftə, 2 gün, 11 saat, 44 dəq
Arisealpha Launches Easy-to-use Ai Crypto Trading Bot For First-time Buyers In 2026
- 7 ay, 3 həftə, 6 gün, 1 saat, 5 dəq
- 7 ay, 3 həftə, 6 gün, 1 saat, 7 dəq