Vakansiya: Biznesin inkişafı üzrə generalist tələb olunur

Mütəxəssis


İşəgötürən: Sinteks Group of Companies

Vakansiya: Biznesin İnkişafı üzrə Generalist

Son tarix: 20 iyun 2022

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.

Vəzifənin rolu:

Bu vəzifənin rolu biznesin İnkişafı şöbəsinə ümumi inkişaf planının həyata keçirilməsində dəstək verməkdir. 

Vəzifə öhdəlikləri:

Aşağıdakı görülən işlərdə dəstək: 

-Layihənin icrası ilə bağlı inzibati məsələlər

-Tenderlərin, işgüzar görüşlərin, danışıqların aparılması

-Layihə təchizatçıları və töhfə verənlərin əlaqələndirilməsi və asanlaşdırılması.

-Müqavilə imzalanana qədər biznes əməliyyat işçiləri və hüquqşünaslar arasında koordinasiya

-Layihələrə nəzarət və dəyişən layihə iştirakçıları arasında koordinasiyanın asanlaşdırılması

-Bazar araşdırması fəaliyyəti və texniki-iqtisadi əsaslandırmalar.

Əsas tələblər: 

Təhsil:

-Biznes/İqtisadiyyat fənləri üzrə bakalavr dərəcəsi və ya satınalma/təchizat zənciri/layihənin idarə edilməsi üzrə ali təhsil və sertifikatlaşdırma

Təcrübə: 

-Biznesin inkişafı / satınalma / təchizat zəncirləri / layihənin idarə olunması sahəsində təcrübə üstünlükdür 

Professional biliklər:

-Səlis İngilis dili  

-MS Office proqramları  

Professional bacarıq və kompetensiyalar:

-İşgüzar ünsiyyət

-Danışıqlar aparmaq bacarığı

-Zamanın idarə olunması

-Tədqiqat bacarıqları

-Analitik bacarıqlar

-Nəticə yönümlülük

-Proaktiv düşüncə

-Problemin həlli

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin İnkişafı üzrə Generalist” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]