Vakansiya: Baş mühasib tələb olunur

İşəgötürən: Turan Legal and Tax Services LLC
Vakansiya: Baş mühasib
Son tarix: 10 sentyabr 2022
İş barədə məlumat:
-Mühasibat şöbəsinin işini düzgün , qaydalara və qanunvericiliyə uyğun təşkil idarə etmək
-Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
-Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması
-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
-Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
-E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
-Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
-Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
-Gündəlik və aylıq hesabatların tərtib edilməsi
-Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
-Daxili təsərrüfat ehtiyatlarınının nəzarəti. Itkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirləri həyata keçirir
-Mühasibat uçotu sahəsində müasir texniki vasitələri və informasiya texnologiyalarını tətbiqini təmin etmək
-Daxili nəzarət (audit)
-Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
-Bütün Bank əməliyyatların icra edilməsi
-Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq
Tələblər:
-Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
-Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi;
-Office proqramlarında, əsasən EXCEL-də yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
-1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
-Dil biliyi: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili və ya İngilis dili biliklərinin ən azı birinin yüksək səviyyədə olması zəruridir;
-Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
-Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;
-Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
-Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı.
İş şəraiti:
-Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-İş qrafiki: Bazar ertəsi – Şənbə, 09:00-dan 18:00-dək;
-İstirahət: Bazar günlər
Namizələrdən mövzu yerində “Baş mühasib” vakansiyasının adını göstərərək CV-lərini [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 1 ay, 1 həftə, 3 gün, 9 saat, 12 dəq
-
1 ay, 3 həftə, 1 gün, 4 saat, 43 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 5 gün, 12 saat, 41 dəq
- 2 ay, 12 saat, 31 dəq
- 2 ay, 12 saat, 34 dəq