Vakansiya: Anbardar tələb olunur (Xaçmaz)

İşəgötürən: A+Co ASC
Vakansiya: Anbardar (Xaçmaz)
Son tarix: 08 iyul 2023
Tələblər:
-Təhsil: Ali , Orta ixtisas
-Anbar sahəsində azı 1 il iş təcrübəsi
-Planlaşdırma, təhlil və idarəetmə bacarığı
-Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti
-Komandada işləmək bacarığı, tələbkarlıq, məsuliyyətlilik
-Dil bilikləri: Azərbaycan dili
-Kompüter bilikləri (əsasən MS OFFİCE) yaxşı səviyyədə olmalı
Vəzifə öhdəlikləri:
-Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
-Qaimələr əsasında anbara daxil olan malların yoxlanılması:
-Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
-Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
-Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
-Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
İş şəraiti:
-İş yeri: Xaçmaz şəhəri
-6/7 iş qrafiki,
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Anbardar” (Xaçmaz) yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 7 saat, 26 dəq
- 8 saat, 12 dəq
- 8 saat, 50 dəq
- 9 saat, 37 dəq
- 9 saat, 38 dəq