Universal Şirkətlər Qrupunda “Maliyyə Üzrə Böyük Mütəxəssis” tələb olunur.

Mütəxəssis


Əsas öhdəliklər:

– Aylıq, rüblük və illik maliyyə və idarəetmə hesabatlarının hazırlanmasına rəhbərlik və rəhbər şəxslərə təqdim edilməsi;

– Ay bağlanışı zamanı mühasibatlıq əməliyyatlarının yoxlanılması və açıqlamaların hazırlanması;

– Hesabatların vaxtında və dəqiq hazırlanılması və ay sonu hesabların bağlanışı zamanı potensial uyğunsuzluqların vaxtında aşkarlanıb, aradan qaldırılması;

– İllik büdcənin və maliyyə proqnozlarının hazırlanılması, büdcə və faktiki rəqəmlərin üzləşdirilməsi və kənarlaşmalar üzrə hesabatın tərtib edilməsi;

– Xərclərin (məsrəflərin) səmərəliliyini və məqsədyönlü olmasını dövri olaraq təhlil etmək;

– Maliyyə hesabatı sistemi, uçot sistemi, büdcə və digər maliyyə nəzarət funksiyalarının təkmilləşdirilməsi üçün tövsiyələr hazırlanması;

– Mütəmadi maliyyə təhlillərinin aparılması, əsas tendensiyaları, maliyyə risklərini və potensial imkanları təyin edilməsi;

– Maliyyə fəaliyyətinin yaxşılaşdırılması üçün rəhbərliyə tövsiyələrin verilməsi;

– Şirkətin büdcə və proqnozlaşdırma modellərinin işlənib hazırlanması və daha sonra büdcə və fəaliyyət nəticələrini departament menecerləri ilə müzakirə edilməsi;

– İcraçı direktorlarla birlikdə şirkətin böyümə və gəlirlilik məqsədlərinə yardım edəcək uzunmüddətli maliyyə strategiyasının hazırlanması və Maliyyə direktoruna təqdim edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

– Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);

– Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının sərbəst tətbiqi;

– Aidiyyatı sahə üzrə 3-5 il iş təcrübəsi;

– Muhasibatlıq və vergi uçotu üzrə biliklər;

– Yerli və beynəlxalq muhasibatlıq idarəetmə standardları üzrə biliklər (ACCA sertifikatları üstünlükdür);

– Yüksək səviyyədə Maliyyə proqramlarının istifadəsi üzrə praktiki bacarıqlar;

– İdarəetmə bacarığı;

– Problemləri həll etmə bacarığı;

– Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;

– İşgüzar və məsuliyyətli olmalı.

Əlavə məlumatlar: · Əmək haqqı razılaşma əsasında;

· İş qrafiki: Bazar ertəsi-Cümə, 09:00-18:00;

· İş yeri: Baki şəhəri, Hyatt Towers 3;

· Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır

. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə üzrə böyük mütəxəssis” yazaraq 21.07.2023-cü il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur.

1998-ci ildən UNIVERSAL Şirkətlər Qrupu Qafqaz regionunda tikinti və neft-qaz sahəsində etibarlı təchizatçısıdır. UNIVERSAL Şirkətlər Qrupu 4 əsas təşkilatdan ibarətdir: Universal PRO QSC, Leading Supply Solutions QSC, AZLIFT PRO QSC, AZ GLOBAL Engineering MMC.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]