Universal Group of Companies satınalma üzrə mütəxəssis axtarır
İşəgötürən: Universal Group of Companies
Vakansiya: Satınalma üzrə mütəxəssis
Son tarix: 05 oktyabr 2022
Vakansiyanın təsviri:
-Satıcı / subpodratçı / tədarükçülərin qısa siyahılarının hazırlanması;
-Təkliflərin tələblərə uyğun olaraq toplanması və qiymətləndirilməsi;
-Tədarükçülərin və bazarların təhlilinin aparılması;
-Satınalmaların düzgün işlənməsini təmin etmək üçün digər əlaqəli funksiyalarla (Satış, Maliyyə, Logistika, Anbar) yaxından işlənilməsi;
-Müdriyyət tərəfindən verilən digər satınalma işlərinə rəhbərlik edilməsi;
-Məhsulların vaxtında çatdırılmasını və keyfiyyətinin qənaətbəxş olmasının təmin edilməsi;
-Həvalə olunan sorğuya əsasən tədarükçünün araşdırılması, qiymətləndirilməsi və seçilməsi, alınan təkliflərin təhlilinin aparılması, ən yaxşı, uyğun və optimal təkliflərin təsdiqi üçün Satınalma Direktoruna göndərilməsi;
-Müştəri tərəfindən təsdiq edilmiş PO-ların yenidən yoxlanması, dəyişikliklər olduğu halda Satış nümayəndəsinə xəbər verilməsi və tələbin icrasının həyata keçirilməsi;
-Alış üçün daxili PO-un hazırlanması, imza və möhür üçün tədarükçüyə göndərilməsi;
-Qaimə-fakturanın və invoysun tələb edilməsi, imzalanmış sənədlərin ödəniş üçün Maliyyə Departamentinə göndərilməsi;
-Ödəniş tapşırığını aldıqdan sonra, satınalmanın davam etdirilməsi, nəqliyyat məsələləri üçün tədarükçü və logistika mütəxəssisinə bildiriş göndərilməsi;
-Sorğu icra olunandan sonra, tədarükçünün qiymətləndirilməsinin aparılması.
Xüsusi tələblər:
-İqtisadi və ya texniki sahədə təhsil
-1-2 xarici dil biliyi
-İnternet araşdırmaları səlisliyi
-Daxili bazar biliyi
-ERP sistemlərindən istifadə biliyi
-CİPS sertfikatlaşma
-Satınalma və Logistika təlimləri
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Satınalma üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Vakansiyalar
-
2 ay, 2 həftə, 12 saat, 5 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 3 gün, 13 saat
- 7 ay, 2 həftə, 3 gün, 14 saat, 53 dəq
- 10 ay, 3 həftə, 1 gün, 9 saat, 38 dəq
-
11 ay, 3 gün, 5 saat, 9 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır