Universal Group of Companies auditor köməkçisi axtarır
İşəgötürən: Universal Group of Companies
Vakansiya: Auditor köməkçisi
Son tarix: 08 oktyabr 2022
Vakansiyanın təsviri:
-Audit layihəsi çərçivəsində həvalə edilmiş audit prosedurlarını həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, analiz etmək, sənədləşdirmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə məlumat vermək;
-Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
-Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
-Şirkətin dövri əsas vəsait və mal-material sayımında iştirak etmək və nöqsanları müəyyən etmək;
-Audit hesabatının hazırlanmasında iştirak, müvafiq dəstəkləyici məlumatların toplanması və sənədləşməsinin aparılması;
-Rəhbər tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.
Xüsusi tələblər:
-Biznesin idarə edilməsi, Mühasibat uçotu və audit və digər əlaqədar ixtisaslar üzrə bakalavr və ya magistr təhsili;
-Audit sahəsinə aid nəzəri biliklər;
-Audit üzrə iş təcrübəsi: 1 ilə qədər (təchizat/satınalma sahəsində olması üstünlükdür);
-Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
-Müvafiq beynəlxalq peşəkar sertifikatların (ACCA, CIA və s) ilkin mərhələlərini bitirməsi üstünlükdür;
-Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, 1C və s.) ilə işləmək baçarığı;
-Ezamiyyələrdə iştirak etmək imkanı;
-Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti və ingilis dilini orta səviyyədə bilməsi.
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Auditor köməkçisi” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Vakansiyalar
-
2 ay, 2 həftə, 4 gün, 10 saat, 29 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 3 həftə, 11 saat, 24 dəq
- 7 ay, 3 həftə, 13 saat, 17 dəq
- 10 ay, 3 həftə, 5 gün, 8 saat, 2 dəq
-
11 ay, 1 həftə, 3 saat, 33 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır