Tikinti şirkətinə prorab tələb olunur
İşəgötürən: Retail Solutions
Vakansiya: Prorab
Son tarix 01 may 2022
Vəzifə öhdəlikləri:
-Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək.
-Sahədə təmir işlərinin ardıcıllıqla aparılmasını təmin edir.
-İşlərin istehsalat layihəsinə uyğun yerinə yetirilməsini təmin edir. İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlayır.
-İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak edir.
-Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir.
-Tabeçiliyində olan kollektivi idarə etmək və kollektivin qayğısına qalmaq;
-Fəhlə heyətinin işini təşkil etmək;
-Əmək intizamı çərçivəsində işin keyfiyyətinə nəzarət etmək;
-Əməyin təhlükəsizliyini təmin etmək;
-İşin gedişatı barədə mütəmadi olaraq rəhbərliyə məlumat vermək;
Tələblər:
-Ali təhsil (İnşaat sektoru arzuolunandır)
-Məsuliyyətli, dəqiq, ciddi
-Kompüter biliyi: MS office (Word, Excel) və AutoCad
-İş təcrübəsi- təmir və tikinti sahəsində 1-3 il arası təcrübə
-İntizam qaydalarına, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək
-Təşkilatçılıq və idarəçilik bacarıqlarına malik olmalı
Əmək haqqı: Müsaibə əsasında müəyyənləşəcək
Müraciət etmə qaydası:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
CV-lər [email protected] mail ünvanına göndərilməlidir, mövzu sətrində “ Prorab” qeyd olunmalıdır;
CV-lər 30 aprel, 2022-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Qeyd olunan tələblərə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən, cv-sində şəkili olmayan və son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Vakansiyalar
-
2 gün, 16 saat, 47 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 15 saat, 39 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 16 saat, 13 dəq
- 5 gün, 10 saat, 19 dəq
- 6 gün, 5 saat, 33 dəq