Təchizat zəncirində biznesin inkifaşı üzrə menecer axtarılır
“Azərbaycan Supermarket” MMC Təchizat Zəncirində Biznesin İnkifaşı üzrə Menecer vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
– Təchizat zəncirində olan bütün sistemlərin araşdırılması, qurulması, təkmilləşdirilməsi (Anbar İdarəetmə Sistemi , Nəqliyyat İdarəetmə Sistemi, Ərazi İdarəetmə Sistemi); Elektron təhlükəsizlik sistemlərinin qurulması və təkmilləşdirilməsi;
– Anbar Proseslərinin analiz edilməsi, yalnış proseslərə uyğun həll yolunun təklif edilməsi;
– Qərarı alınan yeni proseslərin tətbiqinin planlaşdırılması, təşkili və nəzarəti;
– Anbar sistemində olan problemlərin aşkarlanması və həllinin təşkili;
– Anbar sisteminin qurulması və təkmilləşdirilməsi;
– Nəqliyyat proseslərinin analiz edilməsi və yaranan problemlərin həll edilməsi.
Namizədə dair tələblər:
– Maliyyə, təchizat zənciri və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
– Təchizat zənciri sahələrində 5 ildən artıq iş təcrübəsi;
– Təchizat zəncirinin idarə edilməsi haqqında biliklərə sahib olmaq;
– Təchizatçılar və müştərilərlə əlaqələrin inkişaf etdirilməsində və saxlanılmasında güclü təcrübəyə malik olmaq;
– Mükəmməl təqdimat bacarıqları;
– Əla şifahi və yazılı ünsiyyət bacarıqları;
– Əla analitik və problemləri həll etmə bacarıqları;
– Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət qurma bacarığı (yazılı və şifahi);
– Çeviklik və sürətlə dəyişən mühitdə işləmək bacarığı.
Maraqlanan namizədlər [email protected] email ünvanına “Təchizat Zəncirində Biznesin İnkifaşı üzrə Menecer” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 ay, 2 həftə, 4 gün, 11 saat, 31 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 3 həftə, 12 saat, 26 dəq
- 7 ay, 3 həftə, 14 saat, 19 dəq
- 10 ay, 3 həftə, 5 gün, 9 saat, 4 dəq
-
11 ay, 1 həftə, 4 saat, 35 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır