Tanınmış şirkətə Baş mühasib tələb olunur

Mühasib

muhasib


İşəgötürən: AZZA Cake House

Vakansiya: Baş mühasib

Son tarix: 15 mart 2022

Tələblər:

-Vergi, mühasibat uçotu və hesabat ilə bağlı sahələrdə Azərbaycan Respublikasının qanunvericiliyini bilmək.

-1C proqramı üzrə biliklər;

-Baş mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi;

-Birbaşa tabeliyində olan və ən azı 5 nəfərdən ibarət komandanın idarə olunması təcrübəsi;

Vəzifə öhdəlikləri:

-Şirkətin mühasibat və vergi uçotunun aparılması;

-Mühasibatlıq şöbəsinin idarə edilməsi və nəzarəti;

-Vergi və mühasibat hesabatlarının qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi və təqdim edilməsi;

-İlkin sənədlərin, ödəniş öhdəliklərinin, hesablaşmaların, inventarların, pul vəsaitlərinin və əsas vəsaitlərin inventarlarının, mühasibat uçotunun təşkilinin auditinin aparılmasına nəzarəti həyata keçirmək;

-Maliyyə hesabatlarının hazırlanması;

Şirkət təklif edir:

-Əmək haqqı  razılaşma yolu ilədir

-Şirkət hesabına nahar

-Beş günlük iş həftəsi

-Rəsmi qeydiyyat

Namizələrdən mövzu yerində “Baş mühasib” vakansiyasının adını göstərərək CV -lərini (Azərbaycan və ya rus dilində) fotoşəkili ilə [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur. 

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Şirkət haqqında

“AZZA”  10 ildən çoxdur ki şirniyyat və digər məhsulların istehsalı və müxtəlif alkoqollu içkilərin, şokolad və çayların satışı ilə məşğul olur.


©️ 2022

070 231 45 70

[email protected]