Tanınmış mağazaya əməliyyat meneceri tələb olunur

Menecer


İşəgötürən: Baku Electronics

Vakansiya: Mağaza əməliyyat meneceri (Bakı, Şəmkir, Gəncə, Lənkəran və İsmayıllı)

Son tarix: 25 aprel 2022

Xüsusi tələblər:

-Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;

-Azərbaycan dilini əla səviyyədə bilmək (rus dilini bilmək arzuolunandır);

-Operativlik və gərgin iş rejimində işləmək bacarığı;

-MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə bacarığı;

-Analitik düşüncə və təhlil bacarığı;

-Şifahi və yazılı formada yüksək ünsiyyət bacarığı;

-Problemləri effektiv şəkildə həll etmək;

-Məsuliyyətlilik, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Vəzifə öhdəlikləri:

-Şirkət tərəfindən tətbiq edilən satış siyasətinə əsasən mağazada bütün növ əməliyyatların icrasına nəzarət etmək;

-Anbar və xəzinə ilə əlaqəli bütün növ əməliyyatların hesabatlarını təmin etmək və müvafiq şəxsləri məlumatlandırmaq;

-Mağaza üzrə çox satılan və ya az satılan məhsul növlərinin təhlilini aparmaq və ümumi müştəri tələbləri əsasında stokların daim yenilənməsini təmin etmək;

-Satışların artırılması və əmliyyatlarla bağlı xidmətlərin keyfiyyətinin artırılması məqsədi ilə təkliflər vermək;

-Mağaza üzrə müştəri bazasının inkişafı və keyfiyyət dinamikası üçün nəzərdə tutulan aylıq hesabatları hazırlamaq və təqdim etmək;

-Mağazada anbar və xəzinə ilə bağlı gündəlik yoxlamaları həyata keçirmək;

-İş gününün əvvəlində işin planlaşdırılması, keçmiş gündən çıxarılan nəticələr və tövsiyyələr üzərində təşkilatı məsələlər üzrə qısa müddətli iclaslar həyata keçirmək;

-Mağazalarda icra edilən bütün növ əməliyyatların gündəlik hesabatlarını təqdim etmək;

-Tabeçiliyində olan işçilərin işini koordinasiya etmək;

-Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək.

Müvafiq   tələblərə  uyğun  olan namizədlər CV-lərini  mövzu  hissəsində “Mağaza əməliyyat meneceri” və uyğun olan bölgəni (Bakı, Şəmkir, Gəncə, Lənkəran, İsmayıllı) qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]