Tanınmış mağazalar şəbəkəsinə Marketinq meneceri tələb olunur

İşəgötürən: Wentto
Vakansiya: Marketinq meneceri
Son tarix: 17 mart 2022
Vəzifə öhdəlikləri:
Məhsul kateqoriyaları və promo kampaniyaları üçün kreativ ideyaların hazırlanması;
Satış hədəflərinə çatmaq məqsədilə qabağcadan marketinq təkliflərinin hazırlanması;
Sosial media platformalarının reklam strategiyasını qurmaq və inkişafını təmin etmək;
Marketinq büdcəsinin təsdiq edilmiş istiqamətlər üzrə düzgün sərf olunmasını təmin etmək; (Hədəf auditoriyasının düzgün seçimi, ən effektiv reklam kanallarından istifadə olunması əsas öhdəlikdir);
Veb sayt trafikini, xidmət kvotalarını və hədəf auditoriyalarına təsir edən vacib reklam kanallarını təyin etmək və izləmək;
Müxtəlif digital kanallar vasitəsilə reklam kampaniyalarını idarə etmək və optimallaşdırmaq;
Sosial media sorğularının korporativ standartlara uyğun cavablandırılmasının monitorinqi; (cavablandırmalar üçün standartların hazırlanması);
Şirkətin sosial yönümlü və marketinq layihələrinin hazırlanmasında iştirak etmək;
Rəqiblərin, trendlərin, yeniliklərin və ümumiyyətlə bazar təhlilini aparmaq;
Kampaniyaların ümumi performansı haqqında dəqiq hesabatlar hazırlamaq;
Tələblər:
Marketinq sahəsində 2-3 il iş təcrübəsinin olması;
Elektronika və mobil telefonlar üzrə təcrübənin olması üstünlükdür;
Dil biliyi – Azərbaycan səlis, Rus dili səlis; (ingilis dili arzuolunandır)
Təhsil – Ali təhsilli;
Yaş həddi 25 -40 yaş;
Ümumi məlumat:
AR qanunvericiliyinə əsasən rəsmiləşmə
6 Günlük iş həftəsi 09:00-dan 18:00-dək
Əmək haqqı 800 – 1200 azn;
Müraciət qaydaları:
Müraciət etmək üçün CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində – “Marketinq meneceri” yazıb göndərə bilərsiniz. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Mməişət texnikası və elektronika məhsullarının satışını həyata keçirən Wentto hazırda Azərbaycan üzrə 1 mərkəzi filial və 3 mağaza ilə fəaliyyət göstərir.
Vakansiyalar
- 2 gün, 16 saat, 21 dəq
- 2 gün, 22 saat, 2 dəq
- 2 gün, 22 saat, 6 dəq
- 2 gün, 22 saat, 12 dəq
- 3 gün, 21 saat, 28 dəq