Təmir-tikinti şirkətinə reklam və marketinq üzrə mütəxəssis tələb olunur

Maaş: 500 AZN
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Şirkətin adı: Mehmanoglu İnşaat təmir tikinti şirkəti
Fəaliyyət sahəsi: Marketinq, reklam, PR
İxtisas:Marketinq mütəxəssisi
İşin növü:Daimi iş
İş qrafiki:Tam
Şəhər: Bakı
Məzmun: Reklam və marketinq üzrə mütəxəssis
İşin təsviri:
Şirkətin gördüyü təmir,tikinti dizayn işlərini izləmək, sosial media səhifələrinin mütəmadi yenilənməsinin təşkil edilməsi.
Vəzifə və öhdəliklər:
Sosial media hesabları və platformaları (Facebook, Instagram, Twitter, LinkedIn, Google Plus, Youtube və s.) ilə işləmək;
Gündəlik, həftəlik və aylıq kreativ, orijinal və yüksək keyfiyyətl kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontenti (mətn, foto və video) hazırlamaq və ya seçmək;
Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və soruğuları cavablandırmaq;
Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;
Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq;
Məktəbin digər bölmələri və əməkdaşları ilə koordinasiyalı şəkildə işləmək;
Bütün SMM kanallarına nəzarət etmək;
İctimai tədbirlərin, PR aksiyaların təşkil olunmasında köməklik göstərmək;
Açılış mərasimlərinin təşkil olunmasında dəstək olmaq;
Hesabatları hazırlamaq.
Tələblər:
Marketinq və ya müvafiq sahədə ali təhsil;
Sosial media, Copywriter sahəsində biliklər və ən azı 2 il iş təcrübəsi;
Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək;
Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı;
Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik;
Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı;
Sosial mediada maksimal “interaction” əldə etmək üçün foto və ya video seçmək bacarığı;
Eyni vaxtda bir neçə layihəni məhdud zaman çərçivəsində operativ yerinə yetirmək bacarığı;
Gündəmi izləmək, analiz etmək və yüksək araşdırma aparmaq qabiliyyəti;
Windows, iOS əməliyyat sistemlərində, dizayn proqramı və əlavələrində işləmək bacarığı;
Facebook, LinkedIn, Instagram və YouTube üzrə istifadəçi təcrübəsi, digital reklam idarəetmə bacarığı və qrafik dizayn bacarığı (Adobe Photoshop, Adobe Illustrator)
Müsabiqədə iştirak etmək istəyənlər CV-lərini göndərə bilər.
Telefon: (077) 368-45-85
whatsapp (077) 368-45-85
Vakansiyalar
- 1 ay, 2 həftə, 1 gün, 9 saat, 52 dəq
-
1 ay, 3 həftə, 6 gün, 5 saat, 23 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 13 saat, 21 dəq
- 2 ay, 4 gün, 13 saat, 11 dəq
- 2 ay, 4 gün, 13 saat, 14 dəq