Təlim və İnkişaf üzrə Menecer tələb olunur

Menecer

menecer biznesin inkisafi


İşəgötürən – Sinteks Group of Companies



inteks Şirkətlər qrupuna hal hazırda Təlim və İnkişaf üzrə Menecer tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Satış texnikaları və Müştəri Xidmətləri üzrə təlimlər keçirir və İnkişafı proqramlarının səmərəliliyinin artırılmasını təmin edir.

Vəzifə öhdəlikləri:

Satış texnikaları və Müştəri Xidmətləri üzrə təlimlər keçirir.

Satışın İnkişafı proqramı üçün təlimlər təşkil edir və proqramın sonunda qiymətləndirmə hesabatını təqdim edir:

Satış nümayəndəsindən mağaza müdiri köməkçisinə qədər.

Mağaza menecerinin köməkçisindən mağaza menecerinə qədər.

Mağaza menecerindən əməliyyat menecerinə qədər.

Yüksək vəzifələr üçün inkişaf planı.

Satış işçilərinin attestasiyasını keçirir.

Təlim və inkişaf proqramlarının səmərəliliyinin artırılması məqsədilə təhlillər aparır.

Əsas tələblər: 

Təhsil:

Biznesin İdarəedilməsi, İnsan Resurslarının İdarəedilməsi və ya müvafiq sahə üzrə Ali təhsil.

Təlim və İnkişaf üzrə müvafiq ixtisas arzu olunandır.

Təcrübə:

Təlim və İnkişaf sahəsində 2 il iş təcrübəsi.

Professional biliklər:

Təlim və İnkişaf 

İngilis dili yaxşı səviyyədə

MS Office Proqramları

Professional bacarıqlar və kompetensiyalar: 

Təqdimat bacarıqları

Ünsiyyət bacarıqları

Müzakirə bacarıqları

Problem həll etmə

Məsuliyyət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təlim və İnkişaf üzrə Menecer” qeyd edərək   [email protected]   elektron poçt ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]