Təchizat üzrə mütəxəssis tələb olunur – (Təmir-tikinti sahəsində)

Mütəxəssis

mutəxəssis 3


İşəgötürən-  Qala Group



Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər: 

Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;

Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);

Açılmış sifariş formalarının analizi;

Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;

Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;

Tikinti -təmir materialların yaxşı tanımaq;

Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək;

Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;

Təchizatçıların seçimi və qiymətləndirilməsi;

Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;

Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbidil bilikləri və s.):

 Ali təhsil

Təchizatın xüsusən Tikinti-Təmir sahəsində ən az 2 il iş təcrübəsi

25-30 yaş

Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq

Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı

Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı

Bazarı təhlil etmək bacarığı

Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı

Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış

Dil bilikləri: Ingilis, Azərbaycan və Rus dilləri – yaxşı səviyyədə

MS Office proqramları, 1C biliyi

Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları

Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları

İş rejimi – həftədə 5 günlükdür

iş saatları – 09.00-18.00

1 saatlıq nahar fasiləsi

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Namizədlərdən şəkilli CV-lərini “Təchizat üzrə mütəxəssis” mövzusu ilə  [email protected]  adresinə göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]