Təchizat üzrə kiçik mütəxəssis tələb olunur
İşəgötürən – Veysəloğlu MMC
Funksiya: Təchizat zənciri və logistika departamenti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
Mal alışının hazırlanması, sifarişlərin sistemə daxil edilməsi;
Tədarükçülərlə danışıqların aparılması və müqavilələrin bağlanması;
Sifariş olunan mallar üzrə stok səviyyəsinə nəzarət edilməsi;
Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi.
Vəzifə tələbləri:
Ali təhsil;
Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
MS Office, xüsusilə Excel proqramını əla bilmək;
Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür);
Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək;
Problemləri operativ həll etmək;
Yüksək ünsiyyət bacarığı;
Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təchizat üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
-
1 gün, 16 saat, 47 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
1 gün, 17 saat, 43 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 14 saat, 25 dəq
- 3 gün, 14 saat, 28 dəq
- 3 gün, 15 saat, 4 dəq