Superfon mühasib axtarır

İşəgötürən: Superfon
Vakansiya: Mühasib
Son tarix: 10 oktyabr 2022
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə min. 1-3 il
Təhsil: Ali (Mühasibatlıq, Maliyyə)
Vəzifə öhdəlikləri:
-Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması;
-Bank və kassa əməliyyatlarının icrası;
-Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
-Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri;
-Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi;
-ənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək.
Namizədə tələblər:
-Mühasibat uçotu, audit və maliyyə sahəsində ali təhsil;
-Riyazi hesablama aparma, analitik təhlil etmək qabiliyyəti;
-AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək;
-Milli mühasibat uçotu standartlarını bilmək;
-Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq.
Təminatlar:
-Nahar ilə təmin edilmə;
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-Karyera yüksəlişi imkanı;
-Korporativ mobil nömrə.
Əmək haqqı rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 09.10.2022
Vakansiyalar
-
2 gün, 2 saat, 21 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 5 saat, 20 dəq
-
2 gün, 5 saat, 21 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 5 saat, 24 dəq
- 2 gün, 5 saat, 26 dəq