Sumqayıt Texnologiyalar Parkı işçi axtarır
“Sumqayıt Texnologiyalar Parkı” MMC – nin Biznes Vahidi “STP-AH MMC” (Metaləritmə)
Zavod 2012-ci ildə istismara verilib. Zavodda metal tədarükü, poladəritmə və yayma istehsal sahələri fəaliyyət göstərir.
Vəzifənin adı –Satış mütəxəssisi
Bizim üçün ideal namizəd:
Ali təhsilli;
Analoji sahədə 2-3 illik iş təcrübəsi olan;
MS Office proqramlarını yüksək səviyyədə bilməli;
Logo və digər mühasibat proqramları bilikləri olmalı;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, İngilis və Rus dil biliyi arzuolunandır.
Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı;
Hansı işləri görəcəksiniz:
İlkin satış sənədlərinin, müqavilələrin hazırlanması;
İxracat və idxalat sahələrində təcrübəli olan, sənədləşmələri (ST1, CMR, İnvoice, Packing list və s.) bilməli;
Satışa aid bütün sənədləşmə işlərinin yerinə yetirilməsi;
Satışa aid hesabatların müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin etməli;
Şirkətin istehsal etdiyi məhsulların satışının təşkili;
Dövrü hesabatların hazırlanması və təhlili;
Yeni müştərilərlə müqavilələrin bağlanılması və s.
Əlavə məlumatlar:
Əmək haqqı razılaşma əsasında + Bonus
Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “satış mütəxəssisi ” yazaraq [email protected] , [email protected] ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
-
2 saat, 2 dəq
Online Slot Machine Best Payment: Exactly How to Maximize Your Profits
-
2 gün, 8 saat, 19 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
5 gün, 14 saat, 8 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
1 həftə, 13 saat
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 həftə, 13 saat, 34 dəq