“Sumgait Technologies Park” SƏTƏM bölməsi üzrə mütəxəssis axtarır

İşəgötürən: Sumgait Technologies Park
Vakansiya: SƏTƏM bölməsi üzrə Mütəxəssis
Son tarix: 15 sentyabr 2022
Bizim üçün uyğun namizəd:
-Ali təhsili olmalı;
-SƏTƏM sahəsi üzrə minimum 1 (bir) il iş təcrübəsinə malik olmalı;
-İSO standartları barədə məlumatlı olmalı;
-Azərbaycan dilini sərbəst, ingilis dilini yüksək səviyyədə bilməli;
-Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
-Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
-İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz:
-SƏTƏM bölməsinin işçilərinin tabellərinin hazırlanması;
-Tibb məntəqəsinə məxsus ümumi müşahidə kartlarının qeydiyyatlarının aparılması;
-Müxtəlif xarakterli təqdimatların hazırlanması;
-Tibb məntəqəsinin üzvlərinin gigiyena üzrə dövri ümumi inspeksiya vərəqlərinin qeydiyyatının (Gigiyena üzrə yoxlama vərəqəsi) aparılması;
-Mülki müdafiə qərərgahı üzvlərinin dövri inspeksiyalarının qeydiyyatının aprılması;
-SƏTƏM-lə bağlı aylıq statistikaların yığılması;
-Mövcud vəziyyətə uyğun olaraq şirkətdə COVİD 19 üzrə statistikaların aparılması;
-Tibb məntəqəsinə məxsus gigiyena üzrə yoxlama vərəqəsinin qeydiyyatının aparılması;
-İSO 9001:2015, İSO 14001:2015 və İSO 45001:2018 İdarə etmə sisteminə dair tələblərin həyata keçirilməsi prosesində iştirak etmək;
-Sığorta üzrə işlərin koordinasiya olunması və görülmüş işlərin qeydiyyatının aparılması;
-Baş vermiş insidentlərin qeydiyyatı cədvəlinin doldurulması və işlək formada saxlanılması;
-İnsidentlərin izlənilməsi üçün reyestrin təftiş olunması və çatışmamazlıqlar barəsində SƏTƏM rəhbərlərinə məlumatın verilməsi;
-Struktur vahidi rəhbərinin və birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək.
Nə əldə edəcəksiniz?
-Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
-Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
-Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
-Şirkət tərəfindən nahar və nəqliyyatla (servis) təmin edilmə;
-Tibbi sığorta mövcuddur;
-İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
-İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mütəxəssis” yazaraq 15.09.2022-ci il tarixinədək göndərilməsi xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 7 saat, 51 dəq
- 7 saat, 53 dəq
- 7 saat, 55 dəq
- 7 saat, 56 dəq
- 7 saat, 59 dəq