“STP Panel” şirkətinə ixracat üzrə mütəxəssis tələb olunur

İşəgötürən – ASSAN-STP Panel
Vəzifə – İxracat üzrə mütəxəssis
Vəzifə və öhdəliklər:
-İxracat prosesini həyata keçirmək üçün müvafiq sənədləşdirmə işlərinin görülməsi;
-Müəssisənin satış strategiyasına uyğun olaraq xarici bazarlarının araşdırılması;
-Xarici şirkətlərlə əlaqələr qurulması, potensial müştərilərin tapılması və lazımi müqavilələrin bağlanılmasının təmin edilməsi;
-Aparılan işlərlə bağlı aylıq, rüblük və illik hesabatların hazırlanması;
-Fuarlar və sərgilərdə iştirak edilməsi;
-Şirkət daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət;
-Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.
Namizədə olan tələblər:
-Ali təhsil
-Aidiyyətı sahədə 3 ildən artıq iş təcrübəsi
-Punktual, diqqətcil və məsuliyyətli olmalı
-İngilis və Rus dillərində səlis danışıq və yazışma bacarığı; MDB Ölkələri ilə işləyəcəyimiz üçün rus-dili biliyi mütləqdir
-MS Office, SAP, Axapta proqramlarınından istifadə etmək bacarığı
-Araşdırma qabliyyəti
-Satışın təşkili və idarəolunması
İş şərtləri:
-İş qrafiki: həftədə 5 gün, 08:00-17:00
-Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
-Nahar və servis şirkət hesabına;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “İxracat üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına [email protected] göndərə bilərlər.
Şirkət haqqında
Sumqayıt Texnologiyalar Parkı sendviç panellərini “STP panel” brendi altında istehsal edir. STP-nin Sendviç Panellər Zavodunda bu brend altında Poliuretan və Daş yun sendviç panellər istehsal edilir.
Vakansiyalar
- 7 saat, 34 dəq
- 15 saat, 14 dəq
- 16 saat, 7 dəq
- 1 gün, 9 saat, 27 dəq
-
1 gün, 10 saat, 11 dəq
Mebel istehsalı üzrə nəzarətçi tələb olunur- MAAŞ 1500 MANATADƏK