STP Global Cable satınalma bölməsi üzrə mütəxəssis axtarır

İşəgötürən: STP Global Cable
Vakansiya: Satınalma bölməsi üzrə Mütəxəssis
Son tarix: 18 sentyabr 2022
Bizim üçün uyğun namizəd:
-Ali təhsilli olmalı;
-Sahə üzrə minimum 2 il iş təcrübəsinə malik;
-Avadanlıqlar və onların ehtiyyat hissələrinin alışı ilə əlaqədar təcrübənin olması;
-Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
-MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;
-Yerli və beynəlxalq bazarlar haqqında məlumatlı olmalı;
-Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
-İşgüzar və məsuliyyətli olmalı;
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.
Hansı işləri görəcəksiniz:
-Satınalma prossesini vaxtında, dəqiq, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
-Xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərə alınmasını planlaşdırmaq və həyata keçirmək, işini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icra etmək;
-Strukturlardan gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirmək, satınalma sifarişlərini hazırlamaq və müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq qaydada həyata keçirmək;
-Təchizatçılar və xidmət təminatçılarının texniki və maliyyə təhlilini aparmaq;
-Bazarın müqayisəli təhlilini aparmaq, tələb olunan materialları daxili və xarici bazarda araşdırmaq, təchizatçı bazasının hazırlanmasını təmin etmək;
-Tender sorğularını hazırlamaq və qiymətləndirmək, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prosesini yekunlaşdırmaq;
-Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
-Müqavilələri müəyyən edilmiş şərtlərə müvafiq şəkildə bağlamaq;
-Təchizatçılarla danışıqlar aparmaq, qiymət endirimlərinin alınmasını təmin etmək;
-Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə menecerə məlumat vermək;
-Struktur bölmə rəhbəri tərəfindən verilən digər tapşırıq və göstərişləri yerinə yetirmək.
Nə əldə edəcəksiniz?
-Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
-Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.
Əlavə məlumatlar:
-Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
-Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
-Tibbi sığorta mövcuddur;
-İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
-İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq 18.09.2022-ci il tarixinədək göndərilməsi xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
15 saat, 37 dəq
Apteklər şəbəkəsinə “Müştəri xidmətləri üzrə operator” tələb olunur (Gəncə)
-
15 saat, 49 dəq
“Nəqliyyat vasitələrinin izlənməsi üzrə mütəxəssis” tələb olunur
- 16 saat, 25 dəq
- 17 saat, 36 dəq
- 1 gün, 8 saat, 51 dəq