STP – AH MMC satınalma şöbəsinə mütəxəssis axtarır
İşəgötürən: STP – AH MMC
Vakansiya: Satınalma şöbəsinə mütəxəssis
Son tarix: 17 iyul 2022
Bizim üçün ideal namizəd:
-Ali texniki təhsil;
-Müvafiq sahədə 2 – 3 il iş təcrübəsi;
-Microsoft Office proqramlarını bilməli;
-Azərbaycan rus və ingilis dillərini bilməli;
-Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
-İşgüzar və məsuliyyətli olmalı;
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmalı;
Hansı işləri görəcəksiniz:
-Təchizat ehtiyaclarını proqnozlaşdırılması, proqnozlaşdırılan satınalma ilə işin icrası zamanı meydana çıxan fərqlərin araşdırılması və aradan qaldırılması;
-Tələb olunan məhsul/xidmət üzrə bazar araşdırmasının aparılması və analiz edilməsi;
-Tədarükçü şirkətlərlə danışıqlar və yazışmaların həyata keçirilməsi;
-Tədarükçü şirkətlərin fəaliyyətlərinin analizinin aparılması;
-Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
-Etibarlı tədarükçülər bazasının yaradılması və idarə edilməsi və yenilənməsi ;
-Satınalma prosesinin prosedurlara uyğun formada həyata keçirilməsi;
-Risklərin minimallaşdırması məqsədi ilə müqavilə şərtlərinin analizinin aparılması;
-Şirkətdaxili xərclərin azaldılma siyasətinin həyata keçirilməsi;
-Strukturlardan gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirilməsi, satınalma sifarişlərinin hazırlanması və müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
-Qüsurlu və ya qəbul edilməsi mümkün olmayan yeni malların, xammalın və ya xidmətlərin təchizatçılar ilə müzakirə edilməsi və problemin aradan qaldırılması üçün islahedici və qabaqlayıcı tədbirlərin görülməsi;
-Sənədləşmə işlərinin (təkliflərin yığılması və qiymət cədvəllərinin hazırlanması) həyata keçirilməsi.
-Tapşırıqların müəyyən edilmiş müddətlərdə görülməsi və s.
Əlavə məlumatlar:
-Əmək haqqı razılaşma əsasında;
-Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
-İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
-İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə mütəxssis” yazaraq göndərmələri xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
1 gün, 15 saat, 17 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
3 gün, 14 saat, 9 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 3 gün, 14 saat, 43 dəq
- 4 gün, 8 saat, 49 dəq
- 5 gün, 4 saat, 3 dəq