STP – AH MMC elektrik montyoru axtarır

Elektrik


İşəgötürən: STP – AH MMC

Vakansiya: Elektrik montyoru

Son tarix: 25 sentyabr 2022

Tələblər:

-Qeyd edilən sahə üzrə peşə ixtisas təhsili olmalı;

-Elektrotexnikanın nəzəri əsaslarını bilməli;

-Elektrik avadanlıqların təmiri və quraşdırılması zamanı təhlükəsizlik texnikası qaydalarını bilməli;

-İş alətlərinin texniki istismarı qaydalarını bilməlidir;

-Elektrik təchizat sxemlərini oxumaq bacarığı;

-Yarımstansiyaların sxemlərini və onların elektrik avadanlıqlarını bilməlidir;

-Sutkada bir dəfə müəyyən olunmuş vaxtda elektrik sayğaclarının göstərişlərini qeyd edir;

-Baxış zamanı ortaya çıxan və təcili aradan qaldırılmalı olan çatışmazlıqlar barədə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə dərhal sahə rəisi və növbə ustasına məlumat verir;

-Təmir işləri aparılarkən (qəza, cari) təmirin aparılmasına cavabdeh daşıyır, təmirinə məsuliyyətli davranmalıdır.

-Növbətçi elektrik avadanlıqlarının təmiri və xidməti üzrə əsas aqreqatların və fiderlərin işə salınması və dayandırılması işini icra edir;

-Yarımstansiyalarda və sexlərin elektrik enerjisi ilə təchiz edilməsində yaranan qəzalar zamanı növbədə olan elektrik avadanlıqlarının təmiri və xidməti üzrə sahə rəisi və növbə ustalarının göstərişlərini dərhal yerinə yetirilməlidirlər. Baş vermiş qəza haqda dərhal sahə rəisi və növbə ustasına xəbər verməlidir;

-Təhlükəsizlik qaydalarına ciddi riayət etməlidir və s.

Əlavə məlumatlar:

-Əmək haqqı razılaşma əsasında; 

-Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;

-İş vaxtı: növbəli qrafik;

-İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

-25-45 yaş arası namizədlərə üstünlük verilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “elektrik montyoru” yazaraq göndərmələri xahiş olunur.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]